Minskdə MDB ölkələrinin daimi nümayəndələri Hökumət Başçıları Şurasının növbəti iclasının yekunlarını müzakirə etmişlər

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, təşkilatın Belarus paytaxtındakı baş qərargahında Birlik ölkələrinin bu təşkilatın nizamnamə və digər orqanlarında daimi səlahiyyətli nümayəndələri Şurasının iclası keçirilmişdir.
MDB İcraiyyə Komitəsinin sədri- icraçı direktor Sergey Lebedev jurnalistlərə bildirmişdir ki, iclasın gündəliyinə həmişəki kimi çox mühüm və aktual məsələlər daxil edilmişdi. Bu, ilk növbədə, MDB Hökumət Başçıları Şurasının (HBŞ) mayın 30-da Aşqabadda keçirilmiş iclasının yekunlarıdır. İclasda 30 sənəd, o cümlədən hidrometeorologiya fəaliyyətinin inkişaf strategiyası, 2020-ci ilədək bədən tərbiyəsi və idmanın inkişaf strategiyası, maliyyə xidmətləri bazarının liberallaşdırılması konsepsiyası, MDB ölkələrinin elektroenergetika sistemlərinin paralel işinin təmin edilməsi haqqında sazişə düzəlişlər, 2012-2013-cü illər üçün beynəlxalq gənclər əməkdaşlığı strategiyasının həyata keçirilməsinə dair tədbirlər planı, silahlı qüvvələrin mühəndis təminatı sahəsində əməkdaşlıq haqqında saziş və s. qəbul edilmişdir.
S.Lebedev demişdir: "Bütövlükdə hökumət başçılarının görüşünün yekunları qənaətbəxşdir. İclas uğurla keçmiş, MDB ölkələri üçün vacib sənədlər qəbul edilmişdir".
Sonra daimi nümayəndələr Hökumət Başçıları Şurasının növbəti iclasının gündəliyi layihəsini müzakirə etmişlər. İclasın sentyabrın 28-də Yaltada keçiriləcəyi gözlənilir. Gündəliyə Birlik ölkələrinin iqtisadi, humanitar, təhlükəsizliyin təmin edilməsi sahələrində əməkdaşlığına aid 20 məsələnin salınacağı gözlənilir. Bir sıra məsələlər ölkələrin MDB maliyyələşdirilməsi orqanlarının innovasiya sahəsində qarşılıqlı fəaliyyət mövzularına həsr ediləcəkdir. Payız iclasında "Mir- 24" informasiya telekanalının konsepsiyası nəzərdən keçiriləcəkdir.
Payızda Hökumət Başçıları Şurasının iclası ilə yanaşı, Birlik İqtisadi Şurasının iclası, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair elmi-praktik konfrans, elmi və yaradıcı ziyalılar forumunun təşkili planlaşdırılmışdır. Əsas tədbir - MDB Dövlət Başçıları Şurasının iclası isə noyabrda Aşqabadda keçiriləcəkdir.
Sergey Lebedev həmçinin demişdir ki, 2013-cü ildə MDB-yə Belarus Respublikası sədrlik edəcəkdir.
Sədrlik haqqında qərar Dövlət Başçılarının noyabrda Aşqabadda keçiriləcək sammitində qəbul ediləcəkdir.
MDB müşahidəçilər missiyasının işindən danışan Sergey Lebedev bildirmişdir ki, bu ilin payızında missiya iki mühüm tədbirdə - Belarusda və Ukraynada keçiriləcək parlament seçkilərində iştirak edəcəkdir. Seçkilər Belarusda sentyabrın 23-də, Ukraynada isə oktyabrın 28-də keçiriləcəkdir.
MDB ölkələrinin daimi nümayəndələri Birlik ölkələri XİN-ləri arasında məsləhətləşmələrin təşkili təcrübəsini müzakirə etmiş, iyulun 19-da keçiriləcək növbəti iclasın gündəliyini razılaşdırmışlar.

{nl}

Zeynal AĞAZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Minsk

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında