ABŞ Senatı Komitəsi Azərbaycana səfir namizədi dəstəkləmişdir

ABŞ Senatının Xarici Münasibətlər üzrə Komitəsi iyunun 19-dakı iclasında Ağ Evin Azərbaycana səfir vəzifəsinə irəli sürülən, hazırda Dövlət Departamentində Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndə Riçard Morninqstarın namizədliyini dəstəkləmişdir. 
Demokrat senator Con Kerrinin sədrliyi ilə keçirilən iclasda Senat üzvləri yekdilliklə məsələyə Senatın tam tərkibli iclasında baxılmasını tövsiyə etmişlər. Qeyd edək ki, Senatın tam tərkibinin qərarı Riçard Morninqstarın Azərbaycana səfir kimi təsdiqlənməsi prosesində sonuncu pillədir.
Ötən dəfədən fərqli olaraq, bu dəfə erməni mənşəli elektoratın təsiri altında qərarlar qəbul edən Xarici Münasibətlər üzrə Komitənin üzvləri, kaliforniyalı senator Barbara Bokser və Nyu-Cersi ştatının nümayəndəsi Robert Menendez yeni namizədə qarşı veto hüququndan istifadə etməmişlər.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında