Azərbaycanla Tacikistan arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan parlamentinin aşağı palatasının sədri Şukurcon Zuxurovla görüşmüşdür.
Şukurcon Zuxurov səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, son vaxtlar ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını, Tacikistan ilə Azərbaycan arasında 20-dən artıq sənəd imzalandığını bildirmişdir.
Ş.Zuxurov demişdir ki, biz Azərbaycanın hərtərəfli və sürətli inkişafını, dövlət başçısı İlham Əliyevin böyük layihələr həyata keçirilməsi istiqamətindəki fəaliyyətini görür və sevinirik.
Abbasəli Həsənov bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin dərinləşdirilməsi sahəsində də əməkdaşlığın vacib olduğunu qeyd etmişdir. Bildirmişdir ki, parlamentlərarası dostluq qrupunun fəaliyyəti bu baxımdan çox mühümdür. Səfir əlaqələrin genişləndirilməsi sahəsində böyük imkanlar olduğunu da söyləmişdir.
Diplomat qeyd etmişdir ki, bu gün Azərbaycan istər bölgədə, istərsə də dünyada sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Səfir xüsusi vurğulamışdır ki, Azərbaycan neft-qaz kəşfiyyatı, geologiya və digər sahələrdə kadr hazırlanması üzrə Tacikistana hərtərəfli kömək etməyə hazırdır.
Azərbaycan ilə Tacikistan arasında birbaşa hava xəttinin açılmasının vacibliyinə toxunan səfir demişdir ki, ölkələrimizin aviasiya qurumları bu barədə danışıqlar aparır, çox yəqin ki, məsələ müsbət həllini tapacaqdır.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Düşənbə

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında