Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı: "Qəbələ RLS-dən imtina dövlətimizin təhlükəsizliyinə zərər vurmayacaq"

"Rusiyanın Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyasından mümkün imtinası dövlətimizin təhlükəsizliyinə zərər vurmayacaq".
APA-nın xəbərinə görə, bunu Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı, general-leytenant Oleq Ostapenko demişdir. O bildirmişdir ki, hazırkı mərhələdə Rusiyanın Qəbələ RSL-dən imtina etməsi zərurəti yaranarsa və belə bir qərar qəbul olunarsa, bu elə ediləcək ki, dövlətin təhlükəsizliyi və müdafiə qabiliyyətinə ziyan dəyməsin: "Bu, bizim başlıca məqsədimizdir".
General əlavə etmişdir ki, Rusiyanın desimetrlik və metrlik diapazonlarda çalışan "Voronej" kimi yeni stansiyaları Qəbələ RLS-in yoxluğunu tam kompensasiya edə bilər: "Armavirdəki stansiyaya gəldikdə isə o, Qəbələ RLS-in vəzifələrini çox yüksək səviyyədə yerinə yetirə bilər".
Bununla yanaşı, komandan etiraf etmişdir ki, Qəbələ RLS hələ Rusiyanın maraqlarına xidmət edə bilər: "Hansısa konkret vəzifəni yerinə yetirən istənilən obyektə tələbat olur".
O. Ostapenko Qəbələ RLS-in taleyi ilə bağlı Rusiya və Azərbaycan arasında gedən danışıqlara dair suala konkret cavab verməmişdir: "Müvafiq qərarlar qəbul edilənə və biz bu qərarlara uyğun çalışmağa başlayana qədər mən bu barədə konkret heç nə deməyəcəyəm".

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında