Bakıda "Avropada milli azlıqlar: Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

İyunun 20-də "JW Marriot Abşeron Bakı" mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun birgə təşkilatçılığı ilə "Avropada milli azlıqlar: Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Konfransın məqsədi dünyada fəaliyyət göstərən müxtəlif muxtariyyət modellərini yaxından öyrənmək, bu cür modellərin bəzi elementlərinin Qafqazdakı həll edilməmiş münaqişələrin nizamlanması prosesində tətbiq olunmasını müzakirə etməkdir.
Əvvəlcə SAM-ın direktoru Fərhad Məmmədov tədbirin məqsəd və əhəmiyyətindən danışmış, qurumun fəaliyyət istiqamətləri və görülən işlər barədə iştirakçılara məlumat vermişdir. Bildirmişdir ki, Dağlıq Qarabağ ərazisindən işğalçı ermənilərin çıxarılması, həmvətənlərimizin öz yurd-yuvalarına qayıtması və Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Prezident İlham Əliyevin sözlərini xatırladan F.Məmmədov münaqişənin davamlı həllinin tapılması, Azərbaycan icmasının iqtisadi və sosial inkişafını təmin etməyin uzun və çoxşaxəli bir proses olduğunu qeyd etmişdir.
Konfransda iştirak etməkdə məqsədlərinin təcrübələrini bölüşməkdən ibarət olduğunu deyən İtaliyanın Trento Universitetinin hüquq üzrə professoru Roberto Toniatti Cənubi Tirol münaqişəsinin yaranması və sülh yolu ilə həllindən danışmışdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin ölkəmiz və region üçün əhəmiyyətini diqqətə çatdırmış və bu münaqişənin qısa vaxt ərzində sülh yolu ilə həll olunacağına ümidvar olduğunu qeyd etmişdir.
SAM direktorunun müavini Gülşən Paşayeva Cənubi Tirol bölgəsinin tarixi və bugünkü vəziyyəti haqqında danışmış, Cənubi Tirol modelinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı oxşar və fərqli cəhətləri barədə ətraflı məlumat vermişdir.
Beynəlxalq konfransda R.Toniatti, Sloveniyanın Lyublyana Universitetinin sosial elmlər üzrə professoru Mitya Zagar, İtaliyanın Trento Universitetinin tədqiqatçısı Elizabetta Pulice və bu ölkənin Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidzenin mövzu ilə bağlı məruzələri dinlənilmiş, məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında