H.Klinton ermənilərə cavab verdi

"Ermənilər Klintonu cəbhədə baş verən son hücumlarla bağlı Azərbaycan tərəfini "lazımı şəkildə" ittiham etməməkdə günahlandırır"
ABŞ dövlət katibi Hillari Klinton ölkəsində fəaliyyət göstərən "Ay Dat" erməni təşkilatının Azərbaycanın guya cəbhə xəttində atəşkəsi pozması ilə bağlı narahatlıq ifadə olunan məktubuna cavab verib.
"Qafqazinfo"nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Klintonun cavab məktubu Ermənistan mediasında narazılıqla qarşılanıb. Belə ki, Klinton cəbhədə baş verən son hücumlarla bağlı Azərbaycan tərəfini "lazımı şəkildə" ittiham etməməkdə günahlandırılıb.
Qeyd edək ki, Təşkilatın sədri Kena Xaçikyana ünvanlanan cavab məktubunda Klintonun adından yazan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon cəbhədə insan itkisi ilə bağlı dərindən təəssüfləndiyini qeyd edib və xatırladıb ki, ABŞ tərəfləri güc tətbiq etməkdən çəkinməyə çağırıb.
Azərbaycana hərbi texnika satışı ilə bağlı xəbərlərdən narahatlığını ifadə edən Xaçikyanın müraciətinə cavab olaraq isə Qordon bildirib ki, Birləşmiş Ştatlar regionda təhlükəsizliyə nəzarət edir ki, Dağlıq Qarabağda sülh nizamlanması üzrə səylərə xələl gəlməsin.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında