Rəsmi Bakı ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatına reaksiya verdi

"Münaqişənin həllində irəliləyiş əldə olunması üçün Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bu addım münaqişənin dinc yolla həllinə yeni imkanlar yaradar".
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatını "Turan"a şərh edərkən belə deyib. Nazirlik sözçüsü qeyd edib ki, cəbhədə gərginliyin yaranmasının da əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycan ərazilərində olmasıdır: "Münaqişənin nizamlanmasında ilk addım da məhz Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması olmalıdır. Bu addım cəbhədəki gərginliyin avtomatik aradan qaldırılmasına gətirəcək".
ABŞ, Rusiya, Fransa dövlət başçılarının münaqişənin həllində güc tətbiq edilməməsi barədə dediklərinə gəlincə, Elman Abdullayev qeyd edib ki, artıq güc tətbiq olunub: "Ermənistan güc tətbiq etmək yolu ilə Azərbaycan ərazilərini işğal edib. Azərbaycan hesab edir ki, 21-ci əsrdə güc tətbiqi yolu ilə sərhədlər dəyişdirilə bilməz. Bakı sülhün əldə edilməsi üçün təxirəsalınmaz addımların atılması barədə bəyanatı tamamilə dəstəkləyir.
Azərbaycan nəinki münaqişənin nizamlanması üçün təxirəsalınmaz addımların atılmasını, birbaşa sülh müqaviləsinin imzalanmasını təklif edir. Azərbaycan dünya ictimaiyyəti və həmsədr dövlətlərin təklif etdiyi kimi status-kvonun dəyişdirilməsini istəyir. Azərbaycan status-kvonun belə davam etməyəcəyini bir daha təkidlə bildirir".

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında