Azərbaycanın Xarici İşlər Nazirliyi: Türkmənistan tərəfi iki ölkənin prezidentləri arasında əldə olunmuş razılığı pozmuşdur

Türkmənistan tərəfinin Xəzərin "Kəpəz" yatağında seysmik tədqiqat işləri aparmaq cəhdi iki ölkənin prezidentləri arasında əldə olunmuş razılığa ziddir.
Bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.
Türkmənistanın xarici siyasət idarəsinin bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən yayılan bəyanatını şərh edən E.Abdullayev bildirmişdir ki, prezidentlərin razılaşmasına əsasən, Xəzərin dibinin bölünməsinə dair razılıq əldə edilənədək sektorların kəsişməsində hər hansı kəşfiyyat işləri həyata keçirilməməlidir. Təəssüf ki, Türkmənistan tərəfi bu razılığı pozmağa cəhd göstərmiş və biz bununla əlaqədar etirazımızı və narahatlığımızı ifadə etdik. Azərbaycan Xəzər dənizində suveren hüquqlara malikdir. Azərbaycan bu hüquqları müdafiə etmək haqqını özündə saxlayır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında