Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur

Qırğızıstan Prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, Bişkekdə keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) üçüncü plenar iclası çərçivəsində Prezident Almazbek Atambayev Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Qırğızıstan Prezidenti iki dost və qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirmişdir. Dövlət başçısı bu il mart ayında ölkəmizə rəsmi səfərini xatırlatmış, Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv danışıqlar aparıldığını bildirmişdir. O demişdir: "Biz dost Azərbaycanın dəstəyini hiss edirik və Azərbaycanın son illərdə əldə etdiyi uğurlara görə sevinirik. Mən əminəm ki, bizim arzularımız həyata keçəcəkdir. Qarşıda isə bizi yeni birgə layihələr gözləyir".
Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Almazbek Atambayevə çatdırmışdır. O.Əsədov qeyd etmişdir ki, Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin tarixində yeni səhifə açmışdır.
Görüşdə TürkPA-nın Bişkekdə keçirilmiş 3-cü plenar iclasının uğurla başa çatması və müzakirə edilmiş məsələlərin aktuallığı qeyd edilmiş, türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsi məsələlərinə diqqət yetirilmişdir.
Danışıqlar zamanı Qırğızıstan ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri ətraflı müzakirə olunmuşdur.
Qırğızıstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı Oqtay Əsədovdan xahiş etmişdir.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Bişkek


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında