Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının üçüncü iclası keçirilmişdir

İyunun 14-də Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının üçüncü iclası keçirilmişdir. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri Oqtay Əsədov, Cəmil Çiçək, Nurlan Niqmatulin, Asılbek Jeenbekov və Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak etmişlər.
İclası son bir ildə TürkPA-ya sədrlik etmiş Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulin açmış, sədrlik dövründə görülən işlər haqqında ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, Qazaxıstanın TürkPA-ya sədrliyi uğurlu olmuş, bu qurumun nüfuzunun artması istiqamətində xeyli iş görülmüşdür.
Sonra TürkPA-ya sədrliyin Qırğızıstana keçdiyi elan edilmişdir.
Qırğızıstan parlamenti - Joqorku Keneşin sədri Asılbek Jeenbekov təşəkkür edərək demişdir ki, TürkPA yarandığı gündən çox işlər görülmüşdür. Belə ki, bizi ümumi dil, tarix, mədəniyyət, ədəbiyyat və incəsənətimizin eyniliyi birləşdirir. Biz də öz növbəmizdə çalışacağıq ki, əlaqələrimizin daha da genişləndirilməsinə öz töhfəmizi verək.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bütün sahələrdə əlaqələrin dərinləşdirlməsi məsələsinə toxunmuşdur.
TürkPA-nın baş katibi Ramil Həsənov son bir ildə qurumun xətti ilə keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, TürkPA beynəlxalq əməkdaşlıq çərçivəsində Katibliyin də fəal iştirakı ilə nümayəndə heyəti ATƏT Parlament Assambleyası, ATƏT Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin, Avropa Parlamenti, Baltik Assambleyası, MDB Parlament Assambleyası və digər beynəlxalq təşkilatların toplantıları, sessiya və konfranslarında yaxından iştirak etmişdir.
R.Həsənov qeyd etmişdir ki, Türkmənistan və Özbəkistan parlamentləri ilə əlaqələrin qurulması istiqamətində fəaliyyətimiz davam edir və əminəm ki, öz bəhrəsini verəcəkdir.
İclasda iyunun 15-də Bişkekdə keçiriləcək TürkPA-nın üçüncü plenar iclasının gündəliyi qəbul edilmiş, Katibliyin 2011-ci il üçün maliyyə və fəaliyyət hesabatları təsdiq olunmuşdur.
Qeyd olunmuşdur ki, TürkPA-nın dördüncü plenar iclası gələn il Ankarada olacaq və quruma sədrlik Türkiyəyə keçəcəkdir.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Bişkek


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında