ATƏT son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlikdən narahatdır

İyunun 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor ilə görüşmüşdür.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirmişlər.
Müzakirə olunmuş məsələlər barədə məlumat verən E.Məmmədyarov qeyd etmişdir ki, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ATƏT-in fəaliyyətdə olan sədrinin diqqətinə çatdırılmışdır. Münaqişə ilə bağlı hazırkı status-kvonun qəbuledilməz olduğunu vurğulayan nazir qeyd etmişdir ki, həm Ermənistan və Azərbaycan, həm də beynəlxalq təşkilatlar sülhə nail olunması üçün hərtərəfli iş görməlidirlər.
Görüşdə səmərəli müzakirələrin aparıldığını deyən E.Gilmor vurğulamışdır ki, ATƏT son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlikdən narahatdır.
ATƏT-in sədri bildirmişdir ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. E.Gilmor münaqişə tərəflərini güc tətbiqindən çəkinməyə çağırmış, etimad mühitinin möhkəmləndirilməsinə dair tədbirlərin vacibliyini qeyd etmişdir.
ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətindəki səylərini dəstəklədiyini deyən E.Gilmor qoşunların təmas xəttindən snayperlərin çıxarılmasının vacibliyini də vurğulamışdır.
ATƏT-in fəaliyyətdə olan sədri görüşdə mətbuat azadlığı, iqtisadiyyat, ətraf mühit və digər sahələrlə bağlı müzakirələrin də aparıldığını qeyd etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında