Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın iyirmi ili tamam olur

ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür. 
Görüşdə Baş nazir Artur Rasizadə bu il Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın iyirmi ilinin tamam olduğunu diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir qeyd etmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Artur Rasizadə bu səfərin münaqişənin həlli istiqamətində müəyyən rol oynayacağına ümidvar olduğunu bildirmişdir.
Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın iyirmi illiyinin qeyd edildiyini vurğulayan Eymon Gilmor ölkəmizdəki iqtisadi inkişafın onları sevindirdiyini diqqətə çatdırmışdır. ATƏT-in fəaliyyətdə olan sədri Bakıda keçirilmiş 57-ci "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu da qeyd etmişdir.
Sonra tərəflər bir çox məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında