İqtisadi inkişaf və beynəlxalq aləmdə qazanılan uğurlar Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsidir

İyunun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofisində gənclərin hazırladıqları "Universal Gənclik" layihəsi çərçivəsində keçirilən növbəti mühazirə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuşdur. Tədbirdə partiyanın gənc fəalları, tələbələr və ziyalılar iştirak etmişlər.
Mühazirəçi qismində çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir ki, XX əsrdə dünyada cərəyan edən siyasi proseslərin nəticəsi kimi yaddaqalan üç mühüm hadisə baş vermişdir. Bunlardan biri vahid xalqı bir-birindən ayıran Berlin divarının sökülməsi, ikincisi Varşava Müqaviləsi Təşkilatının dağılması və üçüncüsü isə SSRİ-nin süqutu idi. Azərbaycanın ötən əsrin sonunda müstəqilliyini bərpa etməsi də bu qlobal siyasi hadisələrin məntiqi nəticəsi idi. Lakin Azərbaycanı müstəqilliyə aparan yol heç də asan olmamışdır. Xalqımız bu yolda böyük itkilər vermiş, məhrumiyyətlərlə üzləşmişdir.
Azərbaycanın geosiyasi mövqeyindən, zəngin təbii ehtiyatlarından istifadə etməyə çalışan qüvvələr müxtəlif təxribatlarla törədirdilər. Bir tərəfdən erməni işğalı, digər tərəfdən isə daxili siyasi qüvvələrin kəskin mübarizəsi Azərbaycanı yenicə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında qoymuşdur. Xalqın emosiyaları üzərində hakimiyyətə gəlmiş qüvvələr dövləti idarə edə bilmirdilər. Anarxiya və xaos baş alıb gedirdi. İctimai-siyasi vəziyyət tamamilə nəzarətdən çıxmış, iqtisadiyyat isə dağıdılmışdı.
Məhz belə bir zamanda Azərbaycan xalqı özünün böyük oğlu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevi təkidlə yenidən hakimiyyətə dəvət etdi.
Azərbaycan xalqının düşdüyü acınacaqlı vəziyyətə biganə yanaşa bilməyən Heydər Əliyev onun səsinə səs verdi və 1993-cü ilin iyun ayının 15-də Bakıya qayıdaraq Ali Sovetin sədri sonra isə Prezident seçildi. Məhz bu qayıdışla da Azərbaycanın yeni tarixində yeni mərhələ - quruculuq və inkişaf mərhələsi başlanmışdır. Milli Qurtuluş gününün əhəmiyyəti ondan ibarətdir ki, həmin gündən etibarən Azərbaycan sözün həqiqi mənasında inkişaf yoluna qədəm qoymuş və nəticədə bölgənin lider dövlətinə çevrilmişdir.
Ümummilli liderin yenidən Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi iqtisadi-siyasi islahatlar ölkəmizin müstəqilliyinin daimi və əbədi olmasına hesablanmışdır. Heydər Əliyev, ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi təmin edərək vətəndaş cəmiyyətinin formalaşmasına imkanlar yaratdı. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə ulu öndər Azərbaycanın iqtisadi dayaqlarını yaratmışdır ki, bu da xalqın sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynamışdır.
Ə.Əhmədov bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada ən dinamik inkişaf edən dövlətlərdən birinə çevrilmişdir. Dünyanın inkişaf etmiş ölkələri iqtisadi və maliyyə böhranına düçar olduqları bir zamanda Azərbaycanda insanlar firavan yaşayırlar. Bütün bu uğurlar və beynəlxalq aləmdə qazanılan böyük siyasi nüfuz Heydər Əliyev kursunun davam etdirilməsi nəticəsində mümkün olmuşdur.
Sonra Ə.Əhmədov gənclərin suallarını cavablandırmışdır.
Tədbirdən sonra YAP Gənclər Birliyinin üzvləri Milli Parka gələrək fləşmob keçirmiş və üzərində "15 iyun - Milli Qurtuluş Günü" sözləri yazılmış böyük şarı səmaya buraxmışlar.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında