AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişlər

İyunun 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Cozef Debono Qrex ölkəmizə səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişlər. 
Həmməruzəçilər səfər müddətində Azərbaycan rəsmiləri, siyasi partiyaların, dini konfessiyaların təmsilçiləri ilə olduqca məhsuldar görüşlər keçirdiklərini bildirmişlər. Qeyd etmişlər ki, Azərbaycanın AŞPA-ya üzv olarkən qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı heç bir problem yoxdur.
Azərbaycanda görülən işləri müsbət qiymətləndirən həmməruzəçilər səfərlərinin yekunları ilə bağlı məruzəni ilin sonunadək hazırlayacaqlarını bildirmişlər.
Pedro Aqramunt de Mora və Cozef Debono Qrex iyunun 14-də Quba rayonuna səfər edəcəklərini və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşlər keçirəcəklərini diqqətə çatdırmışlar.
Sonra jurnalistlərin sualları cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında