Vladimir DOROXİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün prioritet məsələ olaraq qalmaqdadır

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ölkəsinin dövlət bayramı - Rusiya Günü şərəfinə iyunun 12-də rəsmi qəbul təşkil etmişdir. Tədbirdə Rusiyanın və Azərbaycanın dövlət himnləri səslənmişdir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin təntənəli mərasimdə çıxış edərək vurğulamışdır ki, Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Səfir demişdir: "Həmin əlaqələrin əsasını iki ölkənin prezidenti arasındakı fəal dialoq təşkil edir".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat qeyd etmişdir ki, Rusiya həmin problemi həll etmək üçün səylər göstərir. Səfir demişdir: "Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün prioritet məsələ olaraq qalmaqdadır".
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Rusiyanın dövlət bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırmışdır.
Azərbaycan-Rusiya münasibətlərinin möhkəm əsas üzərində qurulduğunu vurğulayan F.Məmmədov qeyd etmişdir ki, xalqlarımızın dostluğu çoxəsrlik tarixə malikdir. Nazir demişdir: "Rusiya ilə əlaqələrin möhkəm əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkələrimiz arasında əlaqələr bütün sahələrdə sürətlə və dinamik şəkildə inkişaf edir".
Qəbulda Milli Məclisin deputatları, dini konfessiyaların başçıları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, digər rəsmi şəxslər iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında