Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər ediləcəkdir

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər ediləcəkdir.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 9-da keçirilmiş iclasında "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunmuşdur.
Komitənin sədri Əli Hüseynov demişdir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə təmsil olunan deputatları Azərbaycanın seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə layihə hazırlayaraq parlamentin rəhbərliyinə təqdim etmişlər. Milli Məclisin sədri daxili nizamnaməyə uyğun olaraq həmin qanun layihəsini baxılmaq üçün komitəyə göndərmişdir.
Sonra YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat vermişdir. O demişdir ki, məcəlləyə təklif olunan birinci dəyişiklik seçkilərin elan edilməsi müddətinin azaldılması ilə bağlıdır. Belə ki, təklif olunan variantda seçkilərin elan edilməsi müddəti 75 gündən 60 günə endirilir. Yəni seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan ediləcəkdir. Dairə seçki komissiyalarının təşkili maddəsinə təklif olunan dəyişikliyə görə DSK-lar seçkilərdən əvvəl yaradıldıqda səsvermə gününə azı 50 gün qalmış təşkil olunmalıdır. Bununla yanaşı, layihədə seçki siyahılarının məntəqə seçki komissiyaları tərəfindən səsverməyə azı 20 gün qalmış dəqiqləşdirilməsi, namizədlərin qeydə alınması üçün sənədlərin seçki komissiyalarına səsvermə gününə azı 30 gün qalmış təqdim edilməsi, seçkiqabağı təşviqatın səsvermə gününə 23 gün qalmış başlayaraq, səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılması və s. nəzərdə tutulmuşdur.
Məcəlləyə təklif olunan əsas dəyişikliklərdən biri seçkilərin maliyyələşdirilməsi ilə əlaqədardır.
S.Novruzov demişdir ki, ölkəmizdə seçkilərin keçirilməsi dövlət tərəfindən maliyyələşdirilir. Dairə və məntəqə seçki komissiyaları dövlət tərəfindən saxlanılır. Seçki ilə bağlı bütün xərcləri dövlət çəkdiyi halda əlavə olaraq, namizədlərə vəsait verilməsi düzgün deyildir. 2005-ci ildə əksər adamlar təbliğat üçün veriləcək 200 manatı almaq üçün namizədliklərini irəli sürmüşdülər. Qanuna görə seçkidə 3 faizə qədər səs toplamayan namizədlər ayrılan vəsaiti geri qaytarmalıdırlar. Lakin bu günə kimi vəsaitin geri qaytarılması baş verməmişdir.
Ona görə də namizədlərə təbliğat üçün əlavə vəsait verilməyəcəkdir.
Sonra YAP icra katibinin digər müavini, deputat Mübariz Qurbanlı layihə ilə bağlı təmsil olunduğu partiyanın mövqeyini açıqlamış, bu sahədə mövcud dünya praktikasından danışmışdır.
Müzakirələr zamanı çıxış edən deputatlar Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərin mahiyyətindən danışmış, bu dəyişikliklərin Azərbaycanın seçki praktikasını daha da təkmilləşdirəcəyini vurğulamışlar.
Sonda qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
Müzakirələrdə ATƏT-in Bakı ofisinin nümayəndəsi iştirak etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında