Azərbaycanda keçirilən seçkilər xalqımızın iradəsini ifadə edən səsvermə kimi tariximizə düşmüşdür

 Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov Milli Məclisin iyunun 8-də keçirilmiş iclasında bəzi müxalifət deputatlarının təkliflərinə münasibət bildirərkən demişdir ki, müxalifət partiyaları seçkilərə hazırlaşmaq əvəzinə yenə də səmərəsiz məşğuliyyətlə vaxtlarını keçirirlər. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycanda keçirilən seçkilər xalqımızın iradəsini ifadə edən səsvermə kimi tariximizə düşmüşdür. Bu faktı beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir.
Əli Əhmədov qeyd etmişdir ki, Azərbaycanın inkişafı, yeniləşməsi, müasirləşməsi, eləcə də vətəndaşların ölkədə həyata keçirilən siyasəti dəstəkləməsi seçkilərin şəffaf keçirilməsini birmənalı şəkildə təsdiqləyir. O bildirmişdir ki, hər bir seçkinin nəticəsi xalq tərəfindən qəbul olunur, dəstəklənir ki, bunu da Azərbaycan xalqı edir.
Müxalifətin taktikasının seçki komissiyalarının formatı üzərində qurulmasına gəlincə, YAP sədrinin müavini hesab edir ki, bu taktika tamamilə səmərəsizdir. Əli Əhmədovun sözlərinə görə, bu gün seçki komissiyaları qanunauyğun fəaliyyət göstərirlər.
YAP sədrinin müavini demişdir: "Dünyanın heç bir yerində seçki komissiyaları seçkinin taleyini həll etmir, seçki komissiyasında kimin olması seçkinin taleyini həll edən bir amil kimi nəzərdən keçirilmir. Azərbaycan müxalifəti tərəfindən bu təklif hər dəfə onların seçki konsepsiyasının mərkəzində duran məsələyə çevrilmişdir. Bir neçə dəfə Azərbaycanda seçki komissiyalarının tərkibi dəyişmiş, yenə də nəticə eyni olmuşdur, xalq öz seçimini etmişdir. Müxalifət seçki komissiyalarının tərkibi hesabına özlərinin itirilmiş nüfuzlarını kompensasiya etmək istəyir. Amma Azərbaycan vətəndaşları buna razı deyillər. Ona görə də, müxalifət liderləri özlərinin xalq arasında nüfuzlarının itirilməsindən narahatlıq keçirməlidirlər".
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında