Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami iyunun 8-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür. 
Görüşdə Baş nazir Artur Rasizadə Qazaxıstan parlamenti Senatının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirdiyini bildirmişdir.
Ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğulayan Baş nazir bu səfərin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə yeni təkan verəcəyini qeyd etmişdir.
Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə münasibətlərin inkişafına hərtərəfli dəstəyin veriləcəyini deyən Artur Rasizadə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini söyləmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir bildirmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Münaqişənin nizamlanması ilə bağlı ölkəmizin mövqeyini qonağın diqqətinə çatdıran Artur Rasizadə vurğulamışdır ki, Azərbaycan məsələnin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.
Bakıya ilk dəfədir ki, səfər etdiyini bildirən Kayrat Mami burada qarşılaşdığı səmimi və qonaqpərvər münasibətə görə minnətdarlığını bildirmişdir. Paytaxtımızda gördüyü inkişafdan danışan Senatın sədri Azərbaycanda keçirdiyi görüşlərin iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycan ilə Qazaxıstan arasında siyasi və iqtisadi sahələrdəki uğurlu əməkdaşlıqdan danışan Kayrat Mami beynəlxalq müstəvidəki münasibətləri də yüksək qiymətləndirmişdir.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında