Bahar MURADOVA: "ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər"

"Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın regionda maraqları təmin olunmayacaq"
"ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova verib.
O bildirib ki, ABŞ-ın dünyadakı münaqişələrin həllindəki təsirindən geniş danışmağa ehtiyac yoxdur, onların bu proseslərdəki rolu bəllidir: "Siyasi iradəsi olarsa ABŞ-ın imkanı var ki Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir etsin".
Vitse-spiker deyib ki, Hillari Klintonun verdiyi bəyanatlar optimistlik yaradır və ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni yanaşması müəyyən ümidlər yaradır: "Düzdür, bu məsələ nazirlərin Parisdə keçirəcəyi görüşündə özünü göstərəcək. Aydın olan odur ki, bu məsələ artıq hamını narahat etməyə başlayıb, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın regionda maraqları təmin olunmayacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında