ƏHMƏD DAVUDOĞLU: İşğal altında saxladığı Azərbaycan torpaqlarından çıxdıqdan sonra Ermənistan ilə də əlaqələr qurula bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bildirmişdir ki, iyunun 8-də Trabzonda Türkiyə, Azərbaycan, Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli toplantısının, habelə martda Naxçıvanda keçirilmiş Türkiyə, Azərbaycan, İran xarici siyasət idarələrinin başçılarının görüşünün əsas məqsədi Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Onun sözlərinə görə, Ankara bütün qonşuları ilə əlaqələrinin yaxşılaşmasını istəyir. Bütün əngəllərə baxmayaraq, Qafqazda sülhə hörmət etdikdən və işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxdıqdan sonra Ermənistan ilə də əlaqələr qurula bilər.
Deputatların suallarını cavablandıran Ə.Davudoğlu demişdir ki, Türkiyənin qonşuları ilə münasibətlərinin gərginləşməsinə dair iddialar doğru deyildir. Hazırda Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində Azərbaycan, Rusiya, Ukrayna və Bolqarıstan ilə sıx əlaqələr mövcuddur.
TBMM-in plenar iclasında söz alan deputat Sinan Oğan bildirmişdir ki, Türkiyə ilə yanaşı, Azərbaycandan da şəhid xəbərləri gəlmişdir. Biz, qardaş xalqa və şəhid ailələrinə dərin hüznlə başsağlığı veririk.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında