Novruz MƏMMƏDOV: İran maneəni aradan qaldıran addım atarsa, Azərbaycandan adekvat reaksiya görə bilər

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hesab edir ki, İran iki ölkə arasında maneəni aradan qaldıran addım atarsa, Azərbaycandan adekvat reaksiya görə bilər:
"Azərbaycan və İran bütün maneələri aradan qaldırmalıdır. Əgər İran tərəfi bununla bağlı bir addım atarsa, sübhəsiz ki, Azərbaycan tərəfindən də ona uyğun və adekvat reaksiya ola bilər".
Administrasiya rəsmisi Trend-ə müsahibəsində demişdir ki, iki ölkə əlaqələrinin çox böyük tarixi var, dinimizdə, dilimizdə, mədəniyyətimizdə və mentalitetimizdə çox böyük yaxınlıq var: "Biz bundan istifadə edərək dostluğumuzu və qonşuluğumuzu daha da gücləndirməliyik. Təəssüf ki, İran tərəfi buna maneələr yaradır. Düşünürəm ki, əslində, bizim dostluğumuzun, qonşuluğumuzun, əməkdaşlığımızın alternativi yoxdur".
N.Məmmədovun sözlərinə görə, İranda müəyyən dairələr düşünürlər ki, Azərbaycanla münasibətləri gərginləşdirsələr, onların hansısa işləri yaxşı gedər, niyyətləri həyata keçər:"Çox təəssüflər olsun ki, son zamanlar Azərbaycanın Təbrizdəki və İstanbuldakı baş konsulluqları qarşısında baş verən prosesləri də ilk dəfə İran tərəfi başladı və davam etdi. Azərbaycan ictimaiyyəti də bu prosesləri görür və buna reaksiya verir. Bu da təbiidir. Çünki bir dəfə, iki dəfə dözmək olur, amma gah bir din nümayəndəsi, gah bir hərbçi, gah da başqa bir dairə müxtəlif bəyanatlar səsləndirir. Axı, bu düzgün deyil. Amma qeyd etmək istəyirəm ki, bütün bunlar heç vaxt heç bir tərəfə, o cümlədən İranın özünə xeyir gətirməyəcək".
Azərbaycan İranla əlaqələrinə, əməkdaşlığa, yəni mehriban qonşuluq, dostluq və sıx əməkdaşlıq əlaqələrinə çox mühüm əhəmiyyət verir. Onu ayrıca bir xətt kimi götürərək, Azərbaycan İranla əlaqələrinin bütün sahələrdə çox yüksək səviyyədə inkişafına nail olmağa çalışdı və buna nail ola bildi:"Azərbaycanın İranla əməkdaşlığına bu vaxta qədər heç bir qüvvə mane ola bilməyib və həmişə bu əlaqələr irəliləyən xətlə davam edib. Lakin çox təəssülər olsun ki, son bir neçə müddət ərzində İran tərəfdən Azərbaycana qarşı böhtan və yalan dolu məlumatlar yayılmağa başlandı. Azərbaycan xalqını təhqir edən, tarixi təhrif edib yalan faktlarla dolu, dinlə bağlı müxtəlif bəyanatların verilməsi şübhəsiz ki, ictimaiyyətə də öz təsirini göstərir və iki ölkə arasında müəyyən gərginliyin yaranmasına səbəb olur".
Novruz Məmmədov daha sonra demişdir ki, bunun müxtəlif səbəbləri ola bilər, lakin bu səbəblərin heç biri Azərbaycanla əlaqədar deyil:
"Bu səbəblərin çoxu İranın özü ilə bağlıdır, İrandakı daxili vəziyyətlə, ölkənin xarici siyasətlə bağlı mövqeyi ilə əlaqədardır, onun regionda və dünyadakı durumu ilə bağlıdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında