Prezident Şimon PERES: İsrail Azərbaycanla dostluğu yüksək qiymətləndirir

İsrail Azərbaycanla hələ ümummilli lider Heydər Əliyevin qoyduğu bünövrə üzərində qurulmuş dostluğu yüksək qiymətləndirir. 
AzərTAc "İzrus" portalına istinadla xəbər verir ki, bu fikri İsrail Prezidenti Şimon Peres Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin başçısı Nazim İbrahimovla görüşündə səsləndirmişdir.
"İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının II qurultayında iştirak etmək üçün İsrailə gəlmiş N.İbrahimov Prezident Şimon Pereslə görüşü zamanı ona əllə toxunmuş çox gözəl xalça bağışlamış və ümidvar olduğunu bildirmişdir ki, bu hədiyyə ona Azərbaycanın gözəlliyini xatırladacaqdır.
Görüşdə bu yaxınlarda Bakıda rəsmi səfərdə olmuş Knessetin deputatı Faina Kirşenbaum iştirak etmişdir.
Qeyd edək ki, "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının II qurultayı İsrailin xarici işlər naziri Aviqdor Libermanın və ölkənin digər rəsmi şəxslərinin iştirakı ilə Təl-Əvivdə keçirilir. Nazim İbrahimovun başçılıq etdiyi nümayəndə heyətinə Milli Məclisin deputatları Yevda Abramov, Asim Mollazadə və Fərəc Quliyev daxildir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında