ABŞ-ın dövlət katibi Hillari Klinton: Azərbaycanda kifayət qədər nailiyyətlər əldə olunmuşdur

Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çoxdan çatmışdır. Bu məsələ hərbi yolla həll edilə bilməz. 
Bu sözləri ABŞ-ın dövlət Katibi Hillari Klinton Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə keçirdiyi birgə mətbuat konfransında demişdir. "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır", - deyən dövlət katibi Hillari Klintona görə ölkəsi münaqişənin tezliklə həll olunması istiqamətində öz səylərini əsirgəməyəcəkdir.
Xanım Hillari Klinton son günlərdə cəbhə xəttində baş vermiş silahlı insidentlə bağlı narahatlığını da bildirmişdir. O demişdir: "Bu məni çox narahat edir və gərginliyin artmasını istəməzdim. İnsan tələfatının qarşısı alınmalıdır. Sülhün təmin olunması üçün birgə çalışmalıyıq".
Artıq ikinci dəfədir ki, Azərbaycana rəsmi səfər etdiyini deyən ABŞ-ın dövlət katibi qarşılıqlı münasibətlərin yüksək səviyyədə davam etdiyini demişdir. O, energetika, təhlükəsizlik və demokratiya məsələləri üzrə danışıqların aparıldığını və müzakirələrin nəticələrindən razı qaldığını bildirmişdir. Dövlət katibi Azərbaycanda dinamik inkişafın şahidi olduğunu da qeyd etmişdir. Onun sözlərinə görə, Azərbaycan ilə ABŞ arasında bütün sahələrdə dinamik inkişaf vardır. Dövlət katibi hazırda Bakıda davam edən beynəlxalq neft-qaz sərgisində olduğunu və Azərbaycanın bu sahədə qazandığı uğurları da qeyd etmişdir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə son 20 il ərzində Azərbaycan ilə ABŞ arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulduğunu bildirmişdir. E.Məmmədyarov Bakıda xanım Klinton ilə əsas müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin olduğunu söyləmişdir. Xarici işlər naziri rəsmi Vaşinqtonun Azərbaycan ilə bağlı layihələrə dəstək verdiyini xüsusi qeyd etmiş və bu əlaqələrin bundan sonra da yüksək səviyyədə davam edəcəyini bildirmişdir.
Dövlət katibi isə Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda koalisiya qüvvələrinə yaxından dəstək göstərdiyini xüsusi vurğulamışdır.
Xanım Hillari Klinton demişdir ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi qeyd edilir. Bu müddət ərzində Azərbaycan ilə əlaqələrimizdə çox şeyə nail olmuşuq.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında