Azərbaycan-Argentina əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov Argentinanın Azərbaycanda yeni təyin olunmuş müvəqqəti işlər vəkili Xorxe Roballo ilə görüşmüşdür.  
Argentinanın xarici işlər naziri Hektor Timermanın Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinə ünvanladığı məktubu təqdim edən X.Roballo ölkəmizdə müvəqqəti işlər vəkili təyin olunmasından məmnunluğunu bildirmişdir. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən qonaq Argentina-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi istiqamətində çalışacağını demişdir.
Görüşdə X.Raballo Argentinanın Azərbaycanda yeni təsis olunmuş səfirliyinin açılışını edəcəyini bildirmişdir.
Nazir E.Məmmədyarov yeni vəzifəyə təyin olunması münasibətilə argentinalı diplomatı təbrik etmiş, ona gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında