Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı yönəlmiş qərəzli, ədalətsiz aktdır

Azərbaycan dövlətinin iqtisadi yüksəlişi və geniş demokratiya yolu ilə irəliləməsi, xüsusilə son illərdə qazandığı uğurlar beynəlxalq qurumların sənədlərində, bir sıra nüfuzlu sorğu və reytinq cədvəllərində müsbət əksini tapıb. Ölkəmiz haqqında xoş xəbərlər bizə dost olan dövlətləri sevindirdiyi kimi, düşmənlərimizi də kədərləndirir.
Torpaqlarımızın 20 faizini işğal etmiş, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən Ermənistan və onun havadarları bir milyona yaxın soydaşımızın iyirmi ildən bəri öz doğma ata - baba yurdunda yaşamaq hüququnun kütləvi surətdə pozulması kimi dəhşətli bir gerçəkliyi pərdələmək üçün ardıcıl olaraq ölkəmizdə insan haqlarına sayğısızlıq barədə cəfənglər uydurub yaymaqla məşğuldurlar. Azərbaycan üzv olduğu beynəlxalq qurumlar qarşısında götürdüyü bütün öhdəliklərə əməl etdiyi halda, fəal əməkdaşlıq qurduğu Avropa Birliyinin Parlamentində əsassız ittihamlarla üzləşməsinin bir adı var: qərəzkarlıq, ədazəlsizlik.
Hər gün qəzetimizə daxil olan saysız - hesabsız rəy və münasibətlərdə Avropa Parlamentinin belə yalnış, qərəzli mövqeyi kəskin pislənilir, ciddi etirazlar doğurur. Bu gün Azərbaycanda demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyi, azad sözə, müstəqil mətbuata hər cür əlverişli şərait yaradıldığı, insan haqlarının qorunması istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirildiyi, bir - birinin ardınca əfv fərmanlarının imzalandığı bir vaxtda Avropa Parlamentinin ölkəmiz haqqında yalanla dolu qətnamə qəbul etməsi bu qurumun da erməni lobbisinin sifarişlərini yerinə yetirdiyinə şübhə yeri qoymur. Artıq bu təşkilat öz nüfuzuna ciddi zərbə vurmuş və reytinqini tamamilə itirmişdir.
Avropa Parlamentinin qərəzli və sifarişli qətnaməsi Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurmuşdur.
Siyavuş Novruzov, Milli Məclisin komissiya sədri, YAP icra katibinin müavini:
- Avropa Parlamentinin qəbul etdiyi qətnamə çox qərəzli və qeyri-obyektivdir. Azərbaycan xalqı demokratik dövlət quranda çoxlarının dövləti yox idi. İndi onlar bizə demokratiya dərsi keçməyə çalışırlar. Avropanın bəzi deputatları xəritədə ölkəmizin harada yerləşdiyini bilmir, sadəcə olaraq müəyyən maraqlara görə belə bir sənəd qəbul ediblər. Avropa Parlamentinin qəbul etdiyi qətnamə mahiyyət etibarilə bizim üçün heç bir əhəmiyyət daşımır. Qətnamədə belə bir müddəa var ki, guya Azərbaycanda abadlıq-quruculuq işləri zamanı bəzi insanların hüquqları pozulur. Sual olunur ki, siz bunu haradan bilirsiniz? Bir qəzetin qeyri-obyektiv yazısı əsasında belə qərar qəbul edilirsə, bu nə təşkilatdır? Sizin ürəyiniz Azərbaycan hökumətindən çox yanır insanların vəziyyətinə? Əgər elədirsə, torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində bir milyon insan qaçqın-köçkün vəziyyətinə düşüb, onların evləri, bütün əmlakları dağıdılıb, xalqımızın tarixi - mədəni abidələri məhv edilib, məzarlıqlar dağıdılıb, müharibə qanunlarına zidd olaraq əsir düşmüş dinc insanlara olmazın işgəncələri verilib. Bəs bunlar sizi niyə narahat etmir?
Avropa Məhkəməsi o adamlar haqqında qərar verib ki, erməni dəyirmanına su tökür, erməni lobbisinə xidmət edir və Azərbaycanın əleyhinə işləyir. Belə adamlar Avropa Məhkəməsinin sevimlilərinə çevriliblər. Bütün bunları Azərbaycanda hamı bilir. Cəmiyyətin özünün dəyərləri var və ağı qaradan çox yaxşı seçir.
Azay Quliyev, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri:
- Azərbaycanın öz milli maraqlarını davamlı və fasiləsiz şəkildə müdafiə etməsi kimlərisə qıcıqlandırır Bəzi təşkilatlar tərəfindən Azərbaycana qarşı sürülən iddialar kökündən yalandır, heç bir əsası yoxdur. Azərbaycanda son illər çox ciddi demokratik hüquqi-siyasi islahatlar həyata keçirilib. Həmin qüvvələr Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətlə razılaşa bilmirlər. Müəyyən xarici və daxili dairələr Azərbaycanın bu gün qüdrətli, güclü, regionun ən qabaqcıl, inkişaf etmiş ölkəsi olmasını həzm edə bilmirlər. Bu gün onlar Azərbaycanın dünya səviyyəsində bir yarışmaya ev sahibliyi etməsini həzm edə bilmirlər. Görünür, həmin qüvvələr "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsindən başlayaraq, bütün çirkin və çirkab maşınlarını işə salaraq, Azərbaycanın imicinə xələl gətirmək istəyirlər. Ancaq reallıq ondan ibarətdir ki, onlar istədiklərinə nail ola bilmədilər. Gördülər ki, Azərbaycanda ən yüksək səviyyədə "Eurovision-2012" mahnı müsabiqəsi keçirildi. Azərbaycanın öz milli maraqlarını davamlı və fasiləsiz şəkildə müdafiə etməsi təbii ki, kimlərisə qıcıqlandırır.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında