Azərbaycan ilə İƏT arasında geniş və dərin münasibətlər mövcuddur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə İƏT arasında geniş və dərin münasibətlərin mövcud olduğunu vurğulayan E.Məmmədyarov qeyd etmişdir ki, ölkəmiz İslam ümmətinin bir hissəsidir.
Azərbaycan-İƏT münasibətlərinin əhəmiyyətindən danışan E.İhsanoğlu demişdir ki, ölkəmiz təşkilatda mühüm rola malikdir.
Görüşdə tərəflər son vaxtlar dünyada artmaqda olan islamofobiya məsələsi ilə bağlı ciddi narahatlıqlarını bildirmiş və bununla mübarizənin aparılması istiqamətində müştərək tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışlar.
Bundan əlavə, görüşdə İslam dünyasının üzləşdiyi problemlər, təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və ölkəmizin Əfqanıstanda sülhün və sabitliyin bərqərar edilməsinə verdiyi töhfələr haqqında fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan ilə İƏT arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılacaqdır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında