Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasındakı sədrliyi Çinə təhvil vermişdir

İyunun 1-də Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasındakı sədrliyi başa çatmışdır. Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev qurumdakı sədrliyi Çinin daimi nümayəndəsi Li Baodonqa təhvil vermişdir.
L.Baodonq BMT Təhlükəsizlik Şurasında sədrlik dövründə Çinin prioritetlərini açıqlayaraq demişdir ki, ölkəsi beynəlxalq sülhün dəstəklənməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir. Bundan əlavə, Şura tərəfindən 30-dək məsələ, o cümlədən Suriya, Sudan, Cənubi Sudan və Yaxın Şərqdəki vəziyyət ilə bağlı müzakirələr aparılacaq, qərarlar qəbul ediləcəkdir.
BMT-nin Nizamnaməsinə əsasən, BMT-nin Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün məsuliyyət daşıyır. Şura beş daimi üzvdən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) ibarətdir. Digər 10 müvəqqəti üzv isə BMT-nin Baş Məclisi tərəfindən iki il müddətinə seçilir.
Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasında 2013-cü ilin sentyabrında sədrlik edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında