ABŞ Dövlət Departamentinin Azərbaycan üzrə hesabatı açıqlanmışdır

ABŞ Dövlət Departamenti narkotiklərin yayılmasına və çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair növbəti illik hesabatını açıqlamışdır. 
Hesabatın Azərbaycan üzrə bölməsində vurğulanır ki, son on ildə ölkədə sürətli iqtisadi inkişaf gedir və lazımi iqtisadi islahatlar həyata keçirilmişdir. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə xüsusi önəm verilir və bu istiqamətdə enerji sektorunda mühüm işlər görülür.
Bundan əlavə, hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində maliyyə sektorundakı cinayətlərə qarşı fasiləsiz tədbirlər görür. Həmçinin Azərbaycan hökuməti çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Keçən il Azərbaycan maliyyə monitorinq xidmətini möhkəmləndirməklə bu istiqamətdə beynəlxalq standartlara uyğun yeni qanunvericilik həyata keçirir.
Azərbaycan çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) və əlaqədar regional qurumun üzvüdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında