Moldovada "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Dnestryanı münaqişə: müasir vəziyyət və nizamasalma perspektivləri" mövzusunda konfrans

İyunun 1-də Moldovada "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Dnestryanı münaqişə: müasir vəziyyət və nizamasalma perspektivləri" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Azərbaycanın Moldovadakı səfirliyindən bildirmişlər ki, konfrans Moldova Respublikası Prezidenti yanında Kütləvi İdarəetmə Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Moldova Respublikası İctimai Siyasət İnstitutu və ölkəmizin Moldovadakı səfirliyi tərəfindən təşkil olunmuşdur.
Konfransın açılışında Moldova Respublikası Prezidenti yanında Kütləvi İdarəetmə Akademiyasının rektoru Vasili Marine, ölkəmizin Moldovadakı səfiri Namiq Əliyev, Moldova Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyinin Siyasi Təhlil İdarəsinin rəisi Yevgeni Vizir çıxış etmişlər.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva "Dağlıq Qarabağda münaqişənin müasir vəziyyəti və nizamasalma perspektivləri", SAM-in xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov "Nizama salınmamış münaqişələr regional əməkdaşlığa maneə kimi", SAM-in elmi işçisi, "Hüquq və politologiya" beynəlxalq elmi jurnalının redaksiya heyətinin həmsədri Kamal Makili-Əliyev "Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn bəzi cəhətləri", Moldova Kütləvi Siyasət İnstitutunun proqram direktoru Oazu Nantoy "Moldova Respublikasının şərq rayonlarında münaqişə - maraqların rəqabəti və nizamasalma perspektivləri", Müstəqil Strateji Araşdırmalar İnstitutunun direktoru, Moldovanın ABŞ-dakı keçmiş səfiri Nikolae Kirtoake "Postsovet məkanında münaqişələrdə tətbiq edilən beynəlxalq hüquq normaları", Moldova Elmlər Akademiyası Avropa İnteqrasiyası və Siyasət Elmləri İnstitutunun Avropa tədqiqatları şöbəsinin müdiri Viktor Juk "Postsovet məkanında dondurulmuş münaqişələr: ümumi və özəl", bazar iqtisadiyyatının fəaliyyəti departamentinin direktoru Viorel Kivriqa "Dnestryanı problemin nizama salınmasının iqtisadi cəhətləri", Humanitar Hüquq Assosiasiyasının prezidenti, istefada olan polkovnik Andrey Kovrik "Dnestrdə silahlı münaqişə baxımından müharibə hüququ" mövzularında mühazirələr oxumuşlar.
Konfransda Türkiyənin səfiri Mehmet Selim Kartal, Moldova Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyinin nümayəndələri, Çexiya və Rumıniya səfirliklərinin müşavirləri Vladimir Şal və Valentin Malış, Kişineuda akkreditə olunmuş bir sıra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, Moldova Prezidenti yanında Kütləvi İdarəetmə Akademiyasının prorektoru Oleq Balan, Moldova Azərbaycanlıları Konqresi idarə heyətinin sədri Vüqar Novruzov və başqaları iştirak etmişlər.
Məruzəçilərin çıxışından sonra ətraflı müzakirələr aparılmışdır.
Konfransda mövzu ilə bağlı ədəbiyyat sərgisi təşkil olunmuş, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xəritə nümayiş etdirilmişdir. Sərgidə Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar xüsusi yer almışdır.
Konfrans iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitablar, broşürlər, xəritələr paylanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında