Qriqori KARASİN: Qardaş Azərbaycanın uğurları bizi həmişə sevindirir

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu fikri Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində təşkil olunmuş qəbulda söyləmişdir.
O vurğulamışdır: "Bu gün Rusiya "Eurovision-2012" mahnı müsabiqəsinin təsiri altındadır. Gözlənildiyi kimi, Azərbaycan bütün Avropa üçün möhtəşəm bayram təşkil etməklə bir daha nümayiş etdirdi ki, o, qonaq qəbul etməyi və yeni parlaq ulduzları üzə çıxarmağı çox yaxşı bacarır".
Q.Karasin qeyd etmişdir ki, çoxəsrlik dostluq telləri ilə bağlı olan xalqlarımızı ortaq tale, ortaq mədəniyyət birləşdirir, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri yaranmışdır. Əsası müasir müstəqil Azərbaycanın görkəmli siyasətçisi Heydər Əliyev tərəfindən qoyulmuş mehriban qonşuluq və əməkdaşlıq münasibətləri bu gün ölkənin indiki rəhbərliyi tərəfindən inamla davam etdirilir. Nazir müavini Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi münasibətlərdən söhbət açaraq xatırlatmışdır ki, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard ABŞ dollarına çatmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında