"Eurovision" Azərbaycanın sıravi Avropa vətəndaşlarına yaxın və anlaşıqlı olmasına imkan verəcəkdir

Minlərlə avropalı "Eurovision" mahnı müsabiqəsinə tamaşa etmək üçün bu həftə Azərbaycana gəlmişdir. Azərbaycanı əsas etibarilə CNN-in reklamından tanıyanlar paytaxt Bakı şəhərinin sürətlə inkişaf etdiyini öz gözləri ilə görəcəklər. 
"Eurovision" müsabiqəsinin keçirilməsi Azərbaycanın hazırda bu ölkə barəsində yanlış təsəvvürləri olan sıravi Avropa vətəndaşlarına yaxın və anlaşıqlı olmasına imkan verəcəkdir.
AzərTAc "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzə bəyan etmişdir.
Onun sözlərinə görə, hazırda avropalılar Azərbaycanı əsas etibarilə Qərb KİV-lərinin reportaj və məqalələrindən tanıyırlar. O demişdir: "Bir il ABŞ-ın Azərbaycanda səfiri işləmiş bir insan kimi mən yaxşı bilirəm ki, bunlar çox vaxt gerçəkliyi əks etdirmir".
M.Brayzə o cümlədən qeyd etmişdir ki, Azərbaycanda iqtisadi islahatlarda tərəqqi Qərb KİV-lərinin təqdim etdiklərindən xeyli yüksəkdir. O demişdir: "İqtisadi islahatlar ağlabatan vergi-büdcə və pul-kredit siyasətinə uyğun aparılmışdır".
Agentliyin məlumatında vurğulanır: "Bundan əlavə, Azərbaycan hökuməti neft sənayesinin gəlirlərinin xeyli hissəsini yoxsulluğa qarşı mübarizəyə yönəldir. Bu, 2003-2009-cu illərdə yoxsulluğun səviyyəsini 49 faizdən 9,1 faizədək (Dünya Bankının məlumatına görə, 16 faiz) azaltmağa kömək etmişdir.
Agentliyin məlumatında deyilir ki, Azərbaycan Avropanın ehtiyac hiss etdiyi neft və qazla zəngindir. Azərbaycan dini müxtəliflik və dözümlülük ənənələri olan dünyəvi dövlətdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında