Dövlətlərimiz üçün yeni potensial imkanların olmasını görmək çox yaxşıdır

Nyu-Yorkda demək olar ki, dünyanın hər yerindən icmalar var. Bizim üçün ən zəruri olanlardan biri də Azərbaycan icmasıdır. Bu bizim sosial, iqtisadi və mədəni strukturumuzun bir hissəsidir. Verilən dəstəyə və göstərilən dostluğa görə minnətdarlığımı bildirmək istəyirəm.
Sovet İttifaqı dağıldığı gündən Azərbaycan inkişaf edir, onun ABŞ və dünya ictimaiyyəti üçün əhəmiyyəti daha da artır.
Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür, lakin bu məsələ şərəfli olduğu qədər böyük məsuliyyət tələb edir. Orta Asiyada sürətli dəyişikliyin getdiyi bir vaxtda Azərbaycan Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün çox mühüm rol oynaya bilər.
ABŞ-Azərbaycan iqtisadi əlaqələrinə toxunmaq istərdim. Bildiyiniz kimi, bu ay Azərbaycandan olan yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti ABŞ - Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün Vaşinqtona gəlmişdi. Dövlətlərimiz üçün yeni potensial imkanların olmasını görmək çox yaxşıdır.
Eyni zamanda, ölkələrimiz arasında sərmayə və ticarət əlaqələrini gücləndirmək üçün çoxlu sayda imkanlar var. İqtisadi dialoq keçirmək üçün əsl vaxtdır. Hakimiyyət olaraq elə siyasət aparmalıyıq ki, bu hər iki millət üçün iqtisadi inkişafa təsir etsin. Bu, Amerika və xaricdə yeni iş yerləri deməkdir. Biz, həmçinin elə dialoq aparmalıyıq ki, xalqlarımız bir-birilərini daha yaxşı tanısınlar və bu gün biz bunu edirik.

{nl}

Kirsten GİLLİBRAND, ABŞ Senatının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında