Əli HƏSƏNOV: İranın xarici işlər nazirinin çağırışında təhdidlərin olmasından təəssüflənirik

Azərbaycan hakimiyyəti İranın xarici işlər naziri Əli Əkbər Salehinin müraciəti ilə diqqətlə tanış olub. Azərbaycan çoxdandır ki, İranın rəsmi dairələrindən belə bir açıqlama gözləyirdi. Bu fikir Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun açıqlamasında yer almışdır.
Əli Həsənov demişdir: "Biz dəfələrlə İrana olan münasibətimizi bildirmişik, dövlət başçısından tutmuş bütün səviyyələrdə İranla dost münasibətləri davam etdirməyə hazır olduğumuzu və bunun zəruriliyini açıqlamışıq. Azərbaycandan İrana heç bir ziyan gəlməyəcəyini dəfələrlə bəyan etmişik. Eyni zamanda, çağırışlar da etmişik ki, İran tərəfi Azərbaycanla, onun seçimi, onun xalqının iradəsi, dövlət quruluşu, daxili və xarici siyasəti ilə bağlı ehtiyatlı olmalıdır. Xüsusən son zamanlar İran ruhaniyyətinin antiazərbaycan çağırışlarına reaksiya verməlidir".
Administrasiya rəsmisi qeyd etmişdir ki, Azərbaycan İslam dininin bütün müqəddəslərinə hörmət və sayğı ilə yanaşır və heç zaman Azərbaycanda imkan verilmir ki, İslam müqəddəslərinə qarşı hansısa çağırışlar, onların təlqin etdiyi İslam dəyərlərinə qarşı tədbirlər olsun:"O cümlədən biz İranın ruhaniyyətinə qarşı da həmişə hörmətli, sayğılı davranmışıq. Amma əfsuslar olsun ki, İran ruhaniyyətinin bəzi nümayəndələri son zamanlar Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun Konstitusiya quruluşuna, Azərbaycan xalqına, Azərbaycanın Prezidentinə qarşı hörmətsizlik nümunəsi olan açıqlamalar verirlər, çağırışlar edirlər, şüarlar səsləndirirlər. Biz də İran tərəfindən bu çağırışlara münasibət gözləyirik. Biz də gözləyirik ki, İranın rəsmi dairələri bu çağırışları pisləyən bəyanatlar versinlər, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərən belə hallarla mübarizə aparsınlar. Əlbəttə, biz İran səfirliyi qarşısındakı piketlərdəki çağırışların əksəriyyətini dəstəkləmirik. Eləcə də onlara müvafiq münasibət bildirəcəyik, əgər orda İran ruhaniyyətinin, dini rəhbərlərinin ünvanına nalayiq sözlər səsləndirilibsə, onlara müvafiq cavablar veriləcək. Amma eyni addımı biz İran tərəfdən də gözləyirik. İran hakimiyyətinin Azərbaycan dövlətinə, xalqına, Konstitusiya quruluşuna qarşı çevrilmiş çağırışlara da adekvat qiymət verməsini gözləyirik".
Əli Həsənov Salehinin çağırışında bəzi təhdidlərin olmasına təəssüf etdiklərini vurğulamışdır:"Azərbaycanı bu cür təhdidlərlə nə qorxutmaq olar, nə onu haqq yolundan döndərmək, nə də onun xalqını iradəsindən daşındırmaq olar. Azərbaycan dövlətinin iradəsi onun xalqının iradəsinə söykənib və bu iradəni heç kim qıra bilməz, heç kim də buna qarşı hər hansı təhdidlər irəli sürə bilməz".
Qeyd edək ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi ötən gün keçirdiyi mətbuat konransında son günlər İranla Azərbaycan arasında yaranan gərginliyə münasibət bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında