Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanın hadisələrə münasibəti bizi çox məmnun etmişdir"

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşşar əl-Əsəd ilə keçirdiyi mətbuat konfransında Azərbaycanın İsrailin humanitar yardım gəmilərinə hücumu ilə bağlı mövqeyindən danışaraq demişdir ki, bu gün dəyərli qardaşım İlham Əliyevlə bu məsələləri ətraflı müzakirə etdik. Azərbaycan bu məsələdə Türkiyənin, şəhidlərimizin və qazilərimizin yanında olduğunu bildirmişdir. Bu mövqeyi qardaşım Bəşşar əl-Əsəd də ifadə etmişdir. Qardaş Azərbaycanın hadisələrə bu cür münasibəti bizi həqiqətən çox məmnun etmişdir.
Mən bunları mətbuat vasitəsilə bütün millətimə, şəhidlərimizin və qazilərimizin ailələrinə də çatdırmaq istəyirəm. Yəni, Azərbaycan da, Suriya da, Qətər də Türkiyənin yanındadır. Bu, həssaslığı, bir araya gəlməyimizi, eyni zamanda, vahid amal uğrunda mübarizə apardığımızı göstərir.{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında