Rəcəb Tayyib ƏRDOĞAN: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi "İpək yolu"nun canlanmasında mühüm addım olacaqdır

Türkiyənin Baş naziri Qazaxıstana səfəri zamanı ikitərəfli hökumət komissiyasının iclasındakı çıxışında bildirmişdir ki, 2013-cü ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu tarixi "İpək yolu"nun canlanmasında mühüm addım olacaqdır. 
Türkiyənin Anadolu agentliyinin xəbərinə görə, R.T.Ərdoğan BTQ layihəsinin tamamlanması ilə Avropa, Orta Asiya, Qafqaz, Uzaq Şərq və Cənubi Asiya arasında sürətli və təhlükəsiz bir dəmir yolu xəttinin yaranacağını söyləmişdir. Onun sözlərinə görə, 2013-cü ilin sonunda başa çatacaq və dənizin altı ilə Avropa və Asiyanı birləşdirəcək "Marmaray" layihəsi ilə birlikdə Londondan Çinə qədər bir nəqliyyat marşrutu meydana çıxacaqdır.
R.T.Ərdoğan çıxışında Bakı-Aktau-Xəzər marşrutunun da gücləndirilməsinin zəruriliyini vurğulamış, bu dəhlizin bir tərəfdən taxıl, xam neft və filiz başda olmaqla Qazaxıstanın ixrac etdiyi malların yeni bazarlara çatdırılacağı, digər tərəfdən isə tranzit ölkə kimi mövqeyini gücləndirəcəyini bildirmişdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında