Azərbaycan qonşu dövlət ilə əldə olunmuş razılaşmalara, imzalanmış bütün müqavilələrə sadiqdir və eyni sadiqliyi qarşı tərəfdən gözləməkdə tam haqlıdır

İranın Azərbaycandakı səfirinin geri çağırılması müxtəlif səbəblərlə izah olunmuşdur. Səfirliyin açıqlamasında bildirilir ki, "müqəddəslər təhqir olunduğu"na görə səfir məsləhətləşmələr üçün geri çağırılmışdır. İranın Xarici İşlər Nazirliyindən Azərbaycanın Tehrandakı səfirinə isə bildirmişlər ki, iki qonşu ölkə arasında heç bir problem yoxdur və səfir sadəcə olaraq məsləhətləşmək üçün çağırılmışdır. 
Bu sözləri mayın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.
E.Abdullayev bir daha bildirmişdir ki, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edən qüvvələr adekvat cavab alacaqlar. Azərbaycanın iqtisadi inkişafı və onun dünyada artan siyasi nüfuzu bəzi qüvvələrin narahatçılığına səbəb olmuşdur. Gənc dövlət olmasına baxmayaraq, ötən il Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi heç də sadə məsələ deyildir. Səsvermədə iştirak edən dövlətlərdən 155-nin Azərbaycanın lehinə səs verməsi o deməkdir ki, rəsmi Bakı qısa müddət ərzində dünyanın 155 dövləti ilə qarşılıqlı faydalı və xoşməramlı diplomatik əlaqələr qurmağı bacarmışdır.
Azərbaycanın ötən il ikinci böyük uğuru Avropada kifayət qədər populyar olan "Eurovision" mahnı müsabiqəsində qələbə qazanıb növbəti il üçün müsabiqənin Bakıda keçirilməsinə nail olması idi.
"Eurovision" mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən İrandan çoxlu sayda turistlər gəlirlər. Gələn turistlər Azərbaycanın inkişafını, insanların azad və firavan yaşayışını görürlər və bunu yüksək qiymətləndirirlər. Ölkəmizdə əhalinin sərbəst və maddi baxımdan təminatlı şəraitdə yaşamasının təbliğ olunması İrandakı bəzi qüvvələrin maraqlarına uyğun gəlmədiyinə görə iki qonşu dövlətin münasibətlərini korlamağa və bölgədə gərginlik yaradıb korporativ maraqlarına nail olmağa çalışırlar. Bu məqsədlə Azərbaycanın 2 vətəndaşının İranda saxlanılması da sağlam olmayan qüvvələrin sabitliyi pozmaq cəhdlərindən irəli gəlir. İran rəsmiləri Azərbaycan vətəndaşlarının həbs olunması haqqında məlumata malik olmadıqlarını bildirirlər. Lakin Azərbaycan tərəfi bu məsələ ilə ciddi məşğuldur və vətəndaşların İranda hansı qüvvələr tərəfindən həbsə alındığını müəyyənləşdirməyə çalışır.
Azərbaycan qonşu dövlət ilə əldə olunmuş razılaşmalara, imzalanmış bütün müqavilələrə sadiqdir və eyni sadiqliyi qarşı tərəfdən gözləməkdə tam haqlıdır. Azərbaycan dövləti xalqın milli maraqlarını nəzərə alaraq, heç bir dövlətlə razılaşdırmadan özünün müstəqil xarici siyasətini həyata keçirməkdə davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında