Estoniyalı deputat Maks Kaur: Almaniyanın insan haqları üzrə müvəkkilinin Azərbaycanın ünvanına ifadələri siyasi şoudur

Almaniya Federativ Respublikasının (AFR) insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninqin Azərbaycanın ünvanına söylədiyi ifadələr siyasi şoudur.
Trend-in məlumatına görə, bu sözləri, Tallin Qanunverici Yığıncağının Rəyasət Heyətinin üzvü, estoniyalı liberal Maks Kaur demişdir: "Biz AFR-in insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninqlə Avropa Liberallar, Demokratlar və İslahatçılar Partiyasında bir yerdəyik. Biz - liberallar onu yaxşı tanıyırıq və Azərbaycan barədə "orijinal" məlumatlarından təəccüblənməmişik. Hər şeydən öncə tamahkarlığını rəhbər tutan alman riyakardan nə gözləmək olar?".
Maks Kaurin sözlərinə görə, Löninqdən Azərbaycanın işğal edilmiş ərazilərindən olan qaçqınlar və ya Almaniyanın onlara necə kömək edəcəyi haqqında bəyanatları gözləməyə dəyməz: "Löninq kimi adamlar üçün insan haqları haqqında söhbətlər sadəcə siyasi şoudur. Onların öz doğma evlərindən qovulan 100 minlərlə azərbaycanlının kədərini başa düşməyə ürəyi yoxdur. Löninq özünün nasistlərlə müqayisə edilməsindən razı qalmayıb".
Estoniyalı deputat hesab edir ki, əgər AFR hökumətinin müvəkkili sadəcə sözdə nasizmə aid olmasından imtinanın kifayət etdiyini düşünürsə, səhv edir.
"Bu azdır, çünki siyasətçi haqqında onun sözü deyil, işi danışır. Löninqin digər millət və xalqların ünvanlarına söylədiyi təhqiramiz bəyanatı nasist siyasətçilərin bəyanatlarından nə ilə fərqlənir? Löninqin qaçqınlara münasibəti və bürgerlərin alman həbs-islah düşərgələrində ölənlərə qarşı münasibəti arasında fərq varmı? Mən bu fərqi görmədim. Üstəlik, mən soruşmaq istərdim: kimsə Löninqin, deyək ki, Çində insan haqlarının vəziyyəti haqqında kəskin bəyanatını xatırlayırmı? Əlbəttə ki, yox, çünki orada Almaniyanın o qədər böyük iqtisadi maraqları var ki, əgər Löninq nəsə danışsaydı, onu növbəti gün ofisindən qovardılar", - deyə Kaur bildirmişdir.
Dünya siyasəti kontekstində real siyasət və ikili standartlar konsepsiyası yeni bir şey deyil. Digərlərinə nisbətən bu mövzu bəzi dövlətlərə qarşı daha sərt qaydalar tətbiq edildiyi bir vaxtda Aİ-nin dünyanın müxtəlif ölkələrinə münasibətləri ilə əlaqədar daha çox vacib olur.
Maks Kaur daha sonra demişdir: "Hər şeyi ikili standart idarə edir ki, bu da birilərinə qadağan edilib, digərlərinə isə icazə verilib. Siyasi əxlaqın universal prinsipləri digər ölkə və onun xalqına zərər vurmamaq üçün hər şey etmək deməkdir! Əlbəttə ki, konkret ölkənin inkişaf səviyyəsini nəzərə almaq lazımdır. Əfqanıstanda demokratiyanın irəliləyişi xüsusi nəticələr vermədi. Qərb nümunəsində demokratiya hələ də ümumi savadlılıq, iqtisadiyyatın və institutların inkişafından başlayaraq cəmiyyətin kompleks inkişafı ilə yanaşı gedir. Cəmiyyətin inkişaf mərhələlərinin pillələrini buraxmaqla tullanmalar heç bir yerdə uğurla başa çatmayıb".
Kaur qeyd edir ki, digər ölkələrdə, məsələn, Səudiyyə Ərəbistanında demokratiyanın inkişafına yardım etməyə cəhdlər səmimi ola bilər. Bu cəhdlər 90-cı illərin əvvəllərində Cənubi Afrikanın aparteiddən azad olunmasına dəstək verilərkən də səmimi idi:
"Lakin bu gün biz Cənubi Afrika haqqında artıq baş tutmayan dövlət kimi danışmalıyıq. Kim məsuliyyət daşıyır? Cənubi Afrikada pis məsləhətlər verən kəslər niyə üzərlərinə məsuliyyət götürmək istəmirlər? ...Bu gün Liviya və Misirdən olan insanların necə əziyyət çəkdiyini müşahidə edərkən bunu Löninq də başa düşməlidir".

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında