Azərbaycana "Eurovision - 2012" mahnı müsabiqəsinə ev sahibliyi etməkdə uğurlar arzulayıram

Konqresdə üzvü olduğum Xarici münasibətlər komitəsinin Avropa və Avrasiya üzrə altkomitəsi adından sizlərə bildirmək istəyirəm ki, son 20 ildə Azərbaycan ilə ABŞ arasında yaranan münasibətlərin vacibliyini, əhəmiyyətini dərk edirik. Aramızdakı dialoq növbəti 20-30, hətta 50 il ərzində də davamlı olmalıdır. Hazırda görəcəyimiz bir sıra ciddi işlərdən biri Bakıya güclü və bilikli ABŞ səfirinin göndərilməsini təmin etməkdir.
Amerikalılar və avrasiyalıların "Turquoise" Şurasına, ABŞ Azərbaycanlıları Şəbəkəsinə, "Caspian Strategy" İnstitutu və Con Hopkins Universitetinin Aparıcı və Beynəlxalq Araşdırımalar Məktəbinə təşəkkürümü bildirirəm. Görürəm ki, burada Konqresdəki bir çox digər həmkaralarım da iştirak edir. Bu da ona dəlalət edir ki, siz hamınız bizim düşüncələrimizə şəriksiniz. Siyasi mənsubiyyətindən asılı olmayaraq ABŞ Konqresinin üzvləri ölkənizin yerləşdiyi vacib bölgədə oynadığı mühüm rolu bilir və dəstəkləyir. Bundan daha əmin-amanlı dünyada yaşamaq üçün bölgədəki münasibətlərimiz artmalı və möhkəmlənməlidir. Ümid edirəm ki, parlamentlərarası çərçivədə bizim azərbaycanlı həmkarlarımızla dialoqumuz genişlənəcək və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artacaqdır. Bu səfərlər çox əhəmiyyətlidir. Biz belə səfərlər etməyi planlaşdırırıq.
Sonda ölkənizə "Eurovision - 2012" mahnı müsabiqəsinə ev sahibliyi etməkdə uğurlar arzu edirəm. Bilirəm ki, bu təkcə Azərbaycanın deyil, bütün Avropanın istedadını nümayiş etdirmək üçün əlverişli imkan olacaqdır. Biz də üzə çıxacaq yeni istedadla tanış olmağı gözləyirik. Ümumiyyətlə, müsabiqənin Bakıda keçirilməsi Azərbaycanın daha geniş miqyasda çoxsaylı insanlar tərəfindən tanınmasına səbəb olacaqdır. Sizin haqqınızda nə qədər çox biliriksə, o qədər asan şəkildə seçicilərimizə ölkənizlə münasibətlərin əhəmiyyəti barədə danışa bilərik.
Konqresdə Avropa və Avrasiya üzrə altkomitənin üzvü kimi sizinlə yaxından işləməyə və tezliklə bölgəyə səfər edəcəyimizə ümid bəsləyirəm.

{nl}

Qreqori MİKS, ABŞ Konqresinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında