Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqların növbəti raundu gələn ay Brüsseldə keçiriləcək

İyunda Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqların növbəti raundu keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia məlumat verib.
Onun sözlərinə görə, artıq tərəflər bu sazişin 28 bəndindən 15-ni razılaşdırıblar: "Üç bənd isə razılaşdırılmağa çox yaxındır. Artıq təhsil, gənclər, nəqliyyat, turizm, dənizçilik və balıqçılıq, iqtisadi dialoq, vergitutmalar, ətraf mühitlə bağlı bəndlər razılaşdırılıb. Hazırda hüquqi məsələlər, səhiyyə, təbii ehtiyatların hasilatı bəndləri üzrə danışıqlar gedir".
Xatırladaq ki, Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqlar 2010-cu ildən aparılır. Mayın 15-də açıqlanmış Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində ölkəmizlə münasibətlərdə əldə olunan tərəqqiyə həsr olunmuş hesabatda qeyd olunur ki, Azərbaycanla danışıqlar digər ölkələrə nisbətən ləng gedir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında