İnanıram ki, güclü və inkişaf edən Azərbaycan həmişə ABŞ-ın dostu və tərəfdaşı olacaqdır

- Azərbaycan ilə ABŞ arasında münasibətlər və dünyanın enerji tələbatının ödənilməsində bu ölkələrin birgə rolu təqdirəlayiqdir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, çox gözəl tərəfdaşlığımız üçüncü onilliyinə qədəm qoyarkən yalnız möhkəmlənməyə doğru gedir. Bu alyansın genişlənməyinə səbəb, ölkələrimizin bölgəyə dair strateji baxışında mövcud anlaşmadır. Bununla yanaşı, mən Azərbaycana Əfqanıstan və İraqa əsgərlərini göndərərək terrora qarşı qlobal mübarizədə iştirak etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən və mənim xalqım bunu yüksək dəyərləndirir. Bizim minlərlə əsgərimiz sizin ölkədən bölgəyə vacib keçid kimi istifadə edir. Mən inanıram ki, bu səpkili təhlükəsizlik razılaşmaları artaraq geniş iqtisadi və mədəni əməkdaşlığa çevriləcəkdir.
Təmsil etdiyim Missisipi ştatı və Azərbaycan arasında oxşarlıqlar çoxdur. Bizim hər ikimiz təbii neft və qaz ehtiyatlarına malikik. Bu sərvətlər bölgələrimiz üçün olduqca siyasi əhəmiyyət daşıyır. Konqresdə Enerji və ticarət komitəsinin üzvü kimi deyə bilərəm ki, neft və qaz hasilatı, kəmərlərin çəkilişi və s. kimi məsələlərdə qarşılaşdığımız çətinliklər hər yerdə eynidir.
Ölkəniz Avropaya təbii qaz ehtiyatlarının çatdırılması üçün "Cənub dəhlizi" üzərində çalışarkən, mən şadam ki, Azərbaycan məntiqli enerji layihələrini uğurla həyata keçirir və bundan faydalanır. Dünya əhalisi artdıqca, cəmiyyətlərin etibarlı neft və qaz mənbələrinə malik olması mühüm əhəmiyyət kəsb edir.
Aydındır ki, Azərbaycan qlobal enerji tələbatının ödənilməsi və dünya bazarlarında sabitliyin bərqərar olmasında mühüm rol oynayır. ABŞ-ın Azərbaycan ilə tərəfdaşlığını davam etdirərək Xəzər hövzəsinin etibarlı enerji istehsalçısı kimi qalmasını təmin etmək olduqca vacibdir. Enerji ehtiyatlarının etibarlılığının qarşısını bir neçə amil ala bilər. Məsələn, dunyanın neft təminatı cəmi bir istehsalçı tərəfindən "qarışdırıla" bilər. Əgər bir neft istehsalçısı olan dövlət ya istehsalı azaltdı, ya da dayandırdı və yaxud nəql edilən ərazinin qarşısını aldı, bunun nəticələrini bütün dünya hiss edəcəkdir.
Ümid edirəm ki, "soyuq beyin"lər və beynəlxalq birlik yaxın gələcəkdə fasiləsiz neft təminatına nail ola biləcəkdir. Bu bizim hamımız üçün vacibdir. İnanıram ki, güclü və inkişaf edən Azərbaycan həmişə ABŞ-ın dostu və tərəfdaşı olacaqdır. Azərbaycanın təkcə bölgəyə deyil, bütün dünyaya müsbət təsiri olacaqdır. Ölkələrimiz arasında uzunmüddətli dostluq münasibətlərinə ümid bəsləyirəm.

{nl}

Qreq Harper, ABŞ Konqresinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında