Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır Bill Kəssidi, ABŞ Konqresinin üzvü

- Bizim məqsədimiz ABŞ ilə Azərbaycan arasında dostluğu genişləndirməkdir. Bu dostluğu mədəni mübadilələr və ticarət artımı hesabına genişləndirmək lazımdır. Siz bunların hamısını etməyə səy göstərirsiniz. Buna görə mən sizə minnətdarlığımı bildirirəm. Bu gün hər iki tərəf üçün ümumi narahatlıq yaradan mövzu beynəlxalq təhlükəsizlik, xüsusilə də enerji təhlükəsizliyidir. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır.
Biz Kosovo və Əfqanıstanda birgə uğurlu səylərimizi nəzərdən keçirərkən, nəzərə almaq lazımdır ki, qarşıda hələ təkcə Mərkəzi Asiya bölgəsində deyil, Qərbi Avropa və digər yerlərdə də birgə atacağımız addımlar vardır. Qarşımızdakı sual isə ondan ibarətdir ki, bu ümumi rolumuzu necə canlandıra bilərik? Zənnimcə, biz çox şeyə qarşılıqlı təmaslar yolu ilə nail ola bilərik.
Birgə nahar zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ilə söhbətimiz oldu. Gördüm ki, onlar ABŞ-ın beynəlxalq səviyyədə oynadığı rolu daha yaxşı bilirlər. Biz qarşılıqlı yardım, münasibətlərimizdəki boşluqların aradan qaldırılması yolları barədə müzakirələr apardıq. Deyə bilərəm ki, bu mənada biz hamımız səfirlərik. Səfirlər isə təkcə öz ölkəsinin mədəniyyətini təmsil etmirlər, həm də işlədikləri ölkələrin baxışları və mövqelərini ifadə edirlər. Ona görə mən sizlərə ölkəmin səfirləri olduğunuz üçün minnətdarlığımı bildirirəm.
Ümid edirəm ki, konfransda aparılan müzakirələr bir-birimizi daha yaxşı anlamaq üçün gözəl fürsət olacaqdır. Burada olduğumuz üçün sizə təşəkkürümü bildirir, sizi ABŞ-da salamlayır və bir gün təmsil etdiyim Luiziana ştatında görməyi arzu edirəm.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında