Biz Azərbaycan xalqı ilə möhkəm dostluq qurmuşuq

Çak Şumers, ABŞ Senatının üzvü
- Bu gün biz ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edirik. Keçilmiş yola nəzər salanda çox işlərin görüldüyünün şahidi oluruq.
Sizlərin arasında olmağımdan məmnunluq duyur və məni dəvət etdiklərinə görə konfrans təşkilatçılarına minnətdarlığımı bildirirəm. Xüsusilə Bakıdan gələn iştirakçıları salamlamaq istəyirəm. Bu qədər geniş və əhəmiyyətli nümayəndə heyətini görmək çox xoşdur. Bir az əvvəl Azərbaycanın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayevlə söhbət edərkən o mənə xatırlatdı ki, Kapitolidə ilk görüşdüyü adam mən idim. O zaman, mən mühüm adam deyildim, konqresmen idim. Lakin o gəlib mənimlə söhbət etmişdi. Mən bunu yüksək qiymətləndirirdim. O vaxtdan bəri biz, onunla möhkəm dostluq münasibətləri qurmuşuq.
Mən konfrans iştirakçılarının hamısını salamlayıram. Bəziləriniz uzun məsafə qət etmisiniz, amma bilin ki, bu məsafə yalnız məcazidir. Azərbaycan və ABŞ biri-birlərinə yaxındırlar. Biz Azərbaycan xalqı ilə möhkəm dostluq qurmuşuq. Sizin bizimlə İraq, Kosovo və Əfqanısıtanda çiyin-çiyinə döyüşdüyünüzü heç vaxt unutmuruq. Azərbaycan ABŞ ilə həm çətin, həm də yaxşı gündə onunla birlikdə olan azsaylı dövlətlərdəndir. Biz bunu heç vaxt unutmamalıyıq.
Hamımız terrorla mübarizənin əhəmiyyətini başa düşürük. Hamımız azadlıq bəxş etməyin nə qədər vacib olduğunu bilirik. Diplomatik münasibətlərimiz 20 il əvvəl qurulmuşdur. Arzu edirəm ki, bunlar davam edərək uzunmüddətli olsun.
Bu gün biz iki böyük demokratik ölkə - Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin tarixini bayram edirik. Hamınıza "xoş gəlmişsiniz" deyirəm. Azərbaycan ilə uğurlu münasibətlərimizin davamlı və sarsılmaz olacağına ümid edirəm.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında