ABŞ dövlət katibinin köməkçisinin müavini Erik RUBİN: Azərbaycanın beynəlxalq arenada çox mühüm yeri var

"Azərbaycanın beynəlxalq səylərdə, o cümlədən Əfqanıstandakı beynəlxalq tranzit, təchizat fəaliyyətində dəstəyi çox mühümdür".
APA-nın məlumatına görə, bunu ABŞ Administrasiyasının rəsmi təmsilçisi, dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin bildirib.
E. Rubinin sözlərinə görə, ABŞ təyyarələri Azərbaycan üzərindən Əfqanıstana minlərlə tranzit uçuşları edir, ölkənin yerüstü yollarından vacib yüklər daşınır.
"Azərbaycanın beynəlxalq arenada çox mühüm yeri var. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Təhlükəsizlik Şurasında qlobal təhlükəsizlik məsələlərinə öz bağlılığını artıq nümayiş etdirib və Prezident İlham Əliyevin Şuranın xüsusi iclasına gəlməsini məmnuniyyətlə qeyd edirik", - deyə E.Rubin əlavə edib.
Təhlükəsizlik məsələlərində Dağlıq Qarabağ münaqişəsinin həllinin ABŞ üçün prioritet məsələ olduğunu deyən E. Rubinin sözlərinə görə, Birləşmiş Ştatlar rəhbərliyi məsələnin sülh yolu ilə ədalətli həllini vacib sayır: "Birləşmiş Ştatlar 20 ildir, davam edən bu problemin həllində ATƏT-in həmsədrlərinə və tərəflər arasındakı danışıqlar prosesinə yaxından kömək göstərmək əzmindədir. Biz inanırıq ki, sülh mümkündür və vacibdir. İnanırıq ki, Azərbaycan hakimiyyəti bunu istəyir. Tərəflərin istəyi və siyasi iradəsi ilə biz indiki qəbuledilməz status-kvodan çıxa, regionda daha təhlükəsiz gələcəyə doğru gedə bilərik. Qarşıdakı illərdə bu bizim üçün prioritet məsələ olacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında