Biz Azərbaycanın gündən-günə artan nüfuzuna sevinirik

Rocer UİKER, ABŞ Senatının üzvü
"Soyuq müharibə" bitdikdən sonra dünya dəyişərkən biz demokratiyanın gələcəyinə ümidlə baxırdıq. Son 20 ildə Azərbaycanın siyasi və iqtisadi transformasiyası onu sübut edir ki, azadlıq vədi çətin, lakin olduqca güclü bir fenomendir.
225 illik tarixi dövründə Birləşmiş Ştatlar bir sıra ölkələr ilə tərəfdaşlıq və müttəfiqlik əlaqələri qurmuşdur. Köhnə dostlara malik olmaq yaxşıdır. Amma hərdən, sənin yeni dostların ən yaxşı dostlarına çevrilə bilər. Bu gün biz, ABŞ ilə Azərbaycan arasında 20 illik müttəfiqlik və dostluğu qeyd edir, əsas uğurlarımızı və qarşılaşdığımız çətinlikləri xatırlayırıq.
Mən Senatın hərbi xidmətlər komitəsinin üzvüyəm. Bilirəm ki, Azərbaycan ABŞ ilə Kosovo, Əfqanıstan və İraq kimi qaynar yerlərdə terrora, kütləvi qırğın silahlarının yayılmasına və digər təhdidlərə qarşı birgə mübarizə aparır. Eyni zamanda, Azərbaycan Əfqanıstanda NATO qüvvələrinin təchizatı üçün istifadə olunan mühüm nəqliyyat dəhlizinin bir hissəsidir.
Biz Azərbaycanın gündən-günə artan nüfuzuna sevinirik. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq arenada mühüm yer tutacaqdır.
Təmsil etdiyim Missisipi ştatı ABŞ-ın digər ştatları kimi, Azərbaycan ilə yaxşı münasibətlər qurmuşdur. Missisipi ilə Azərbaycan ticarət münasibətlərini inkişaf etdirərək iki ölkə arasında iqtisadi əməkdaşlığa töhfə verməkdə davam edəcəkdir.
Zəmanəmizin ən başlıca məsələlərindən biri energetikaya gəldikdə isə, deyə bilərəm ki, neft və qaz kəmərləri ilə Azərbaycan qlobal enerji bazarında liderliyini və enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaş olduğunu nümayiş etdirməkdədir.
ABŞ ictimaiyyətində Birləşmiş Ştatlar ilə Azərbaycan arasında müttəfiqlik barədə məlumat təəssüf ki, hələ azdır. Azərbaycanı amerikalı məktəblilərə, universitet tələbələrinə daha geniş şəkildə təqdim etmək lazımdır. Tərəflər arasında anlaşmanı artırmaq məqsədi ilə daha çox tələbə mübadiləsi aparılmalıdır.
Mən Azərbaycana ABŞ ilə qurduğu dostluq münasibətlərinə görə minnətdarlığımı bildirirəm. Azərbaycan kimi sabit müttəfiqlə münasibət qurmaq olduqca müsbət haldır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında