ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlər Konqresdə yüksək qiymətləndirilir

Cerri KONNOLİ, ABŞ Konqresinin üzvü
Azərbaycan qurmağa çalışdığı təsisatlara və dəstəklədiyi dəyərlərə görə yüksək diqqətə layiq olan ölkədir. Konfransda Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibinin müxtəlifliyini görərkən, bu ölkənin "ərəb baharı"ndan çıxan dövlətlər üçün model ola biləcəyini düşünürəm. Suriyada baş verənləri təhlil edərkən, o bölgədə modellər axtararkən, əvvəl Türkiyə, son zamanlar isə həm də Azərbaycan modeli qarşımızda durur. Bu modellər işləkdir, öz icmalarında müxtəlifliyə ehtiramla yanaşaraq dünyəvi idarəetmə təsisatları qurmaq istəyir. Eyni zamanda, dini etiqad azadlığına hörmətlə yanaşılır.
Bildirmək istəyirəm ki, ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlər Konqresdə yüksək qiymətləndirilir. 11 sentyabr faciəsindən sonra Azərbaycanın ABŞ-a göstərdiyi dəstək çox vacib idi. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF), ABŞ-ın digər bölgələrdəki hərbi bölmələrinə Azərbaycanın təchizat dəstəyi Birləşmiş Ştatlarda yüksək qiymətləndirilir və minnətdarlıqla qarşılanır. Möhkəmlənən bu dostluq, humanitar-iqtisadi və xarici siyasətdə inkişaf edən əlaqələr olduqca əhəmiyyətlidir. ABŞ Əfqanıstanda birbaşa hərbi mövcudluğunu azaldandan sonra, mühüm strateji bölgədə yerləşən Azərbaycan Əfqanıstanda ümid etdiyimiz gələcəyin formalaşmasında önəmli rol oynayacaqdır.
Biz Azərbaycan xalqına və hökumətinə tutduğu mövqeyə görə təşəkkür edir, bu əlaqələri çox vacib sayırıq. Mən özüm, bu münasibətlərin genişlənməsi istiqamətində çalışacağımı bəyan edirəm. Biz həm xalqlarımız, həm parlamentlərimiz arasında təmasları artırmalıyıq.
Bu konfrans üçün sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasında strateji əhəmiyyət daşıyan bu münasibətlər gələcəkdə yalnız inkişaf edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında