Beynəlxalq qurumların qəbul etdiyi sənədlər, bu təşkilatların Azərbaycana göstərdiyi dəstək ərazilərimizi istənilən yolla azad etməyə əsas yaradır

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti assambleyanın sədri Con Tannerlə görüşmüşdür.
NATO PA-nın Latviyanın paytaxtı Riqa şəhərində sessiyası çərçivəsində keçirilmiş görüşdə, əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunmuşdur. Görüşdə sədrin müavinləri və baş katib də iştirak etmişlər.
Milli Məclis sədrinin birinci müavini, ölkəmizin qurumdakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov demişdir ki, biz bundan əvvəl NATO PA-nın təhlükəsizlik və müdafiə komitəsində münaqişənin həlli, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərarın qəbul edilməsinə nail olmuşuq. Riqa görüşündə isə nümayəndə heyəti belə bir sənədin assambleyada qəbul olunmasını təkid etmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri münaqişənin həllinə dair son vəziyyət barədə məlumat vermiş, problemin həlli ilə bağlı indiyədək qəbul edilmiş bütün sənədlər paketini assambleya sədrinə təqdim etmişlər.
Bununla yanaşı, deputatlarımız münaqişənin həlli məsələsinin qurumun komitə iclaslarından birinin gündəliyinə salınmasını və sonradan assambleyanın toplantısında müzakirəyə çıxarılmasını və sonda müvafiq qətnamənin qəbul olunmasını təklif etmişlər.
Ziyafət Əsgərov demişdir: "Məqsədimiz budur ki, NATO PA bu məsələyə münasibət bildirsin. Düzdür, qurumun təhlükəsizlik və müdafiə komitəsində buna nail olmuşuq. İstərdik ki, digər beynəlxalq təşkilatların qətnamələri olduğu kimi, NATO PA da bu məsələyə münasibətini bildirsin. NATO buna siyasi qiymət də verə bilər. Çünki NATO Avratlantik məkanda təhlükəsizlik arxitekturasına nəzarət edən yeganə təşkilatdır".
Təşkilat rəsmiləri Azərbaycan ərazilərinin işğal olunduğunu və nəticədə ölkəmizin qaçqın və məcburi köçkün problemi ilə qarşılaşdığından xəbərdar olduqlarını söyləmişlər. Assambleyanın sədri münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin, deputatlarımız isə bunun üçün işğalçı dövlət olan Ermənistana beynəlxalq təzyiqin göstərilməsinin vacibliyini qeyd etmişlər.
Z.Əsgərov onu da bildirmişdir ki, beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələr, bu təşkilatların bizə göstərdiyi beynəlxalq dəstək ərazilərimizi istənilən yolla azad etməyə həm əsas yaradır, həm də haqq qazandırır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında