AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanmışdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 21-dən 25-dək davam edəcək yay sessiyasının gündəliyi açıqlanmışdır.
Sessiyanın birinci günü ənənəvi olaraq qurumun bürosunun və siyasi qrupların yığıncağı keçiriləcək, Avropa Şurasının (AŞ) 2011-ci il büdcəsi və Assambleya Bürosunun fəaliyyəti müzakirə olunacaqdır. Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski başçılıq etdiyi təşkilatın sessiyalararası fəaliyyətindən danışacaq, deputatların ona ünvanlanmış yazılı və şifahi suallarına cavab verəcəkdir.
İyunun 22-də avropalı deputatlar Almaniya və Maltadan insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimləri seçəcək, "Şimali Qafqaz regionunda insan hüquqlarının pozulması", "Kosovoda vəziyyət və AŞ-nin rolu", "Avropada rumınların vəziyyəti" məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Sessiyanın sonrakı günlərində "Avropada demokratiyanın vəziyyəti", "İqtisadi böhranın siyasi tərəfləri", "Avropada demokratiya: böhranlar və perspektivlər", "Azərbaycanda demokratik təsisatların fəaliyyəti", "Meşələr: planetimizin gələcəyi", "İslam, islamizm və islamofobiya" və digər məsələlər müzakirə ediləcəkdir.
Sessiyanın gedişi zamanı Makedoniyanın Prezidenti Rjarje İvanovun, Çernoqoriyanın Baş naziri Milo Dukanoviçin, Birləşmiş Millətlər Təşkilatı baş katibinin Sivilizasiyalar Alyansı üzrə yüksək rütbəli nümayəndəsinin və tanınmış sosioloq Alen Türenin çıxışları nəzərdə tutulmuşdur.
Sessiya öz işini iyunun 25-də yekunlaşdıracaqdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında