İyun hadisələrinin səbəbi o zamankı hakimiyyətin yeritdiyi siyasət və bu siyasətin bütövlükdə xalqın maraqlarına uyğun olmaması idi

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov 1993-cü ilin 4 iyun hadisələrinə münasibət bildirərkən demişdir ki, Azərbaycan özünün milli və dövlət müstəqilliyini əldə etdikdən sonra həm daxildə cərəyan edən proseslər, həm də xaricdən olan təzyiqlər ölkənin dövlət müstəqilliyinə çox ciddi təhlükə yaratmışdı.
O zamankı hakimiyyət bu təhlükələrin sovuşdurulması istiqamətində lazımi tədbirləri görmək iqtidarında deyildi. Bir sözlə, ölkə daxilində cərəyan edən proseslər, gərginlik və bunun nəticəsində yaranmış böhran total xarakter almışdı. İqtisadiyyatdakı tənəzzül, sosial problemlərin həddindən artıq dərinləşməsi və kəskinləşməsi, ictimai-siyasi sabitliyin pozulması ölkənin həm müstəqilliyinə ciddi təhlükə yaradırdı, həm də bütövlükdə hər bir vətəndaşın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar problemləri ortaya çıxarırdı. İnsanlar öz gələcəyindən narahat idilər. Heç kim ölkənin gələcəyinin necə olacağına təminat verə bilmirdi.
Ə.Əhmədov bildirmişdir ki, bütün bunların hamısı ölkə daxilindəki böhranlı vəziyyətin ayrı-ayrı səciyyəvi cəhətləri idi.
YAP sədrinin müavini əlavə etmişdir ki, bütün bunlara görə də, Azərbaycan vətəndaşları həm ölkəmizin müstəqilliyinin başının üstünü almış təhlükəni sovuşdurmaqdan ötrü, həm də digər təhdidlərin qarşısının alınması üçün real addımların atılmasını gözləyirdilər. Xalq bu vəziyyətə görə o zamankı hakimiyyətdən kəskin narazı idi. Bu narazılığı aradan qaldıra bilməyənlər 4 iyun olaylarını törətdilər. Qiyam adlandırıla biləcək 4 iyun hadisələri əslində mövcud olan narazılıqların spesifik şəkildə ortaya çıxması demək idi. Bu narazılıq da mövcud hakimiyyətdə, hakimiyyətin apardığı siyasətdə, bu siyasətin milli maraqlara uyğun gəlməməsindən ibarət idi.
Əli Əhmədov qeyd etmişdir ki, 4 iyun hadisələri o zamankı hakimiyyətin dəyişdirilməsi üçün çox ciddi təkan verdi. Çünki bu hadisələr ölkə daxilində olan ziddiyyətlərin və total böhranın kulminasiya nöqtəsinə çatmasından xəbər verirdi.
Azərbaycan xalqının yaranmış vəziyyətdən xilas yolunu ulu öndər Heydər Əliyevə müraciət etməkdə gördüyünü vurğulayan icra katibi, bundan əvvəl də Heydər Əliyevə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin müraciət etdiyini xatırlatmışdır. Heydər Əliyevin rəhbərlik etdiyi siyasi partiya da artıq yaranmışdı. Lakin 4 iyun hadisələrindən sonra hakimiyyətin dəyişdirilməsi çox obyektiv zərurətə çevrildi. Çünki ölkədə hadisələrin gedişi vətəndaş qarşıdurması həddinə gəlib çıxmışdı. Bu qarşıdurmanın aradan qaldırılması üçün bütün xalqın qəbul edəcəyi bir şəxsiyyətə ehtiyac var idi ki, bu şəxsiyyət də yalnız Heydər Əliyev idi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə əmin-amanlığın, sabitliyin yarandığını, mövcud olan ziddiyyətlərin aradan qaldırılması istiqamətində ciddi və əhəmiyyətli tədbirlər görüldüyünü deyən Əli Əhmədov qeyd etmişdir ki, beləliklə də, 4 iyunun yaratdığı nəticələr aradan götürüldu.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında