AFR Federal Hökuməti Dağlıq Qarabağdakı separatçı rejimi və keçirdiyi "seçkiləri" tanımır

Almaniya Federativ Respublikası Bundestaqının solçular fraksiyası bu il mayın 23-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "parlament seçkiləri"nin beynəlxalq hüquq baxımından legitimliyinin necə qiymətləndirilməsi ilə bağlı Federal Hökumətə sorğu ünvanlamışdır.
Sorğuya AFR xarici işlər nazirinin müavini Verner Hoyer tərəfindən verilmiş rəsmi cavabda bildirilir ki, AFR Federal Hökuməti Dağlıq Qarabağdakı rejimi və keçirdiyi "seçkiləri" tanımır. Cavabda daha sonra vurğulanır ki, Federal Hökumət, həmçinin gələcəkdə də Dağlıq Qarabağda mövcud olan rejimin nümayəndələri və yaxud oradakı "parlament"lə heç bir əlaqə saxlamayacaqdır.
Xatırlatmaq istərdik ki, 2009-cu il mayın 14-də Almaniya Federativ Respublikasının Bundestaqında "Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi" adlı qətnamə qəbul olunmuşdur. Bu qətnamə ilə parlamentli respublika olan AFR-in ən ali orqanı Almaniya Bundestaqı hər üç Cənubi Qafqaz dövlətinin ərazi bütövlüyünü tanımış və regiondakı münaqişələrin həlli məsələsində dövlətlərin suverenliyi, onların razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi kimi beynəlxalq hüququn əsas prinsiplərini üstün tutmuşdur.
Qətnamədə Almaniya Bundestaqı Almaniya hökumətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələri, eləcə də Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin bütün tərəflər tərəfindən yerinə yetirilməsi üçün səylərini səfərbər etməyə çağırmışdır. Almaniya Bundestaqı hökumətdən, eyni zamanda, "Cənubi Qafqazdakı münaqişələrin həlli üçün göstərilən səylər çərçivəsində, bütün qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması da daxil olmaqla, qaçqınlar məsələsinin həlli ilə bağlı fəallığı artırmağı tələb etmişdir".

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında