Estoniya siyasətçisi: İlham Əliyev həqiqətən ən populyar siyasi xadimdir

Estoniya siyasətçisi Maks Kaur İlham Əliyevin Azərbaycanın bütün digər siyasətçiləri arasında ən populyar siyasi xadim olduğunu hesab edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həllinə dair Minsk qrupunun sabiq həmsədri Mətyu Brayzəni dəstəkləmişdir. Bu barədə məlumatı Maks Kaurun özü vermişdir. 
Yeri gəlmişkən, Mətyu Brayzə hazırda Estoniyada Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinə (RKK) başçılıq edir.
M.Brayzə demişdir: "Yaxşı ki, Bakının hansı təhdidlərlə qarşılaşdığını və son dərəcə çətin bir şəraitdə qəhrəmancasına Azərbaycanın gələcəyinə yol açan bu insanların kim olduqlarını Vaşinqtonda başa düşməyə başlamışlar. Əminəm ki, Avropa İttifaqı və ABŞ Azərbaycan xalqını cəsarətlə və fəal şəkildə dəstəkləməlidirlər. Özü də hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür".
Tallinn Qanunverici Məclisinin İdarə Heyətinin üzvü Maks Kaur İlham Əliyevin ölkə ərazisinin 20 faizinin işğal edildiyi, bir milyon qaçqının olduğu bir vaxtda regionda vəziyyəti nəzarətdə saxlamaq üçün böyük səylər göstərdiyini vurğulayır.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzə mayın əvvəlində Vaşinqtonda, Ceymstaun Fondunda çıxış etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında